Pezeşkiandan İran xalqına: İsrailin istədiyi də budur
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İran televiziyasına müsahibəsində deyib.
"Əgər bizi təslim olmağa məcbur etmək istəyirlərsə, biz vuruşacağıq, geri çəkilməyəcəyik və təslim olmayacağıq”, - Pezeşkian deyib.
14 iyunda ABŞ ilə əldə edilən, lakin həyata keçirilməyən anlaşma memorandumuna toxunan Pezeşkian deyib ki, anlaşma memorandumunda yazdıqlarımızı sonadək var gücümüzlə müdafiə edəcəyik.
Bununla belə Pezeşkian ölkə daxilində müharibənin davam etdirilməsi ilə bağlı səslənən fikirlərə də reaksiya verib: “Niyə daim "gəlin döyüşək" deməliyik? İsrail bunu istəyir. İsrail müharibənin davam etməsini istəyir. Haqqımızı əldə edə biləcəyimiz halda, niyə İsrailin istədiyi yolla davam etməliyik? İçəridə olanlar bilərəkdən və ya bilməyərəkdən eyni mesajı təkrarlayırlar".
Diplomatik proseslə yanaşı, müharibəyə də hazır olduqlarını vurğulayan Pezeşkian bildirib ki, əgər bizi təslim olmağa məcbur etmək istəyirlərsə, vuruşacağıq, geri çəkilməyəcəyik və təslim olmayacağıq. “Haqqımızı əldə edə bildiyimiz halda, niyə İsrailin istədiyi yolda davam etməliyik? İçəridə olanlar bilərəkdən və ya bilməyərəkdən eyni mesajı təkrarlayırlar", - o qeyd edib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 08 Avqust 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















