Icma.az
close
up
RU
İran rejimi etirazçıları “terrorçu” elan etdi Və ölüm hökmü ilə hədələdi

İran rejimi etirazçıları “terrorçu” elan etdi Və ölüm hökmü ilə hədələdi

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

İranda etirazlar artdıqca, Tehran rejiminin hədələri və qəddarlığı da artır.

“AzPolitika” xəbər verir ki, İran Dövlət Televiziyasında çıxış edən Tehran prokuroru Əli Salehi etirazçıları "terrorçu" adlandıraraq, onları ölüm cəzası ilə hədələyib.

O, mülkiyyətə zərər vurmaqda və ya təhlükəsizlik qüvvələrinə qarşı silah istifadə etməkdə iştirak edənlərin "dövlətə qarşı üsyan" maddəsi ilə məsuliyyətə cəlb olunacağını söyləyib: "Məhkəmə sistemi üçün qırmızı xətt ölkə vətəndaşlarının təhlükəsizliyidir. Terrorçulara yanaşmamız çəkindirici olacaq və onlara verilən cəza dövlətə qarşı üsyana uyğun olacaq".

İran qanunvericiliyinə görə, "dövlətə qarşı üsyan" ölümlə cəzalandırıla bilər.

Daha əvvəl, 9 yanvarda Ali Lider Ayətullah Əli Xamenei televiziya ilə yayımlanan çıxışında etirazçıları "ABŞ Prezidentini razı salmağa çalışan bir dəstə vandal" adlandırmış və hakimiyyətin geri çəkilməyəcəyini bəyan etmişdi.

Dövlət televiziyası isə öz növbəsində silahlı şəxslərin "panika yaratmaq" üçün damlardan etirazçılara və mülki şəxslərə atəş açmağa başladığını bildirmişdi.

İranda kütləvi etirazlar 28 dekabrda başlayıb və tez bir zamanda ölkənin böyük bir hissəsinə yayılıb. Əvvəlcə milli valyuta olan rialın tarixi minimuma qədər kəskin şəkildə düşməsi ilə başlayan sosial iğtişaşlarda tezliklə Əli Xameneinin istefası da daxil olmaqla siyasi tələblər səslənməyə başladı. Etirazlar şiddətləndikcə, hakimiyyət orqanları interneti tamamilə bağladı və ölkədə mobil telefon xidməti ciddi şəkildə pozuldu.

İnsan hüquqları təşkilatlarının məlumatına görə, etirazlar başlayandan bəri ən azı 42 nəfər həlak olub. “BBC” isə 21 ölüm hadisəsini təsdiqləyib. Təxminən 2200 etirazçı həbs edilib. Fars Dövlət Xəbər Agentliyi təxminən 250 polis məmurunun və 45 Bəsic döyüşçüsünün yaralandığını bildirib.

Ölkədəki qeyri-sabitlik fonunda Rusiya hərbi nəqliyyat təyyarələrinin İrana tez-tez uçması xüsusi diqqəti cəlb edib. “Air Cargo Week”-in məlumatına görə, uçuşların xarakteri kommersiya daşınmasından daha çox hərbi logistikaya uyğundur.

Britaniya Parlamentinin üzvü Tom Tuqendhat isə deyib ki, Tehrana gələn Rusiya yük təyyarələri silah və sursat gətirir, eləcə də ölkədən xeyli miqdarda qızıl çıxarır. Tuqendhatın sözlərinə görə, bu, İran rəhbərliyinin rejimin "süqutundan sonrakı həyata" hazırlaşdığını göstərə bilər. Hətta Qərb kəşfiyyatının məlumatına görə, Xamenei Tehrandan Moskvaya təxliyə planı hazırlayıb.

Tramp etirazlar zorakılıqla yatırılarsa, hərbi güc tətbiq etməyə hazır olduğunu bildirmişdi. Tehran bu açıqlamanı "ağılsızlıq" adlandırıb. Bundan əlavə, İran hakimiyyəti iğtişaşları təşkil etməkdə İsraili və ABŞ-ni günahlandırıb.

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Yanvar 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri