Rusiya Durovu terrorçu ELAN ETDİ
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Federal Maliyyə Monitorinq Xidməti (Rosfinmonitorinq) “Telegram” mesencerinin həmtəsisçisi Pavel Durovu terrorçu və ekstremistlərin siyahısına daxil edib.
Bakıvaxtı.az xəbər verir ki, müvafiq məlumat agentliyin rəsmi saytında dərc edilib.
Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, P.Durova qarşı cinayət işi üzrə istintaq çərçivəsində terror fəaliyyətinə kömək etmək ittihamı irəli sürülüb. Onun beynəlxalq axtarışa verilməsi proseduruna da başlanılıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatına görə, Telegram administrasiyası Ukrayna kəşfiyyat orqanları, eləcə də terrorçu və ekstremist təşkilatlar tərəfindən Rusiya ərazisində cinayətlərin hazırlanması və əlaqələndirilməsi üçün istifadə edilən kanalların, çatların və botların silinməsi ilə bağlı Rusiya qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsində ittiham olunur.
FTX-nin məlumatına görə, 2022-ci ildən bəri Rusiyada “Telegram” vasitəsilə törədilən 153 min cinayət qeydə alınıb.
Xidmətdən, həmçinin bildirilib ki, “Roskomnadzor” bundan əvvəl Telegram administrasiyasına qanunsuz məzmunun silinməsi barədə 150 mindən çox tələb göndərib, lakin yerinə yetirilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 30 İyul 2026 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















