İran rejimindən Təbrizə qarşı ayrıseçkilik: Cəmi 0.2 faiz pul ayrılıb
Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
- +
İranda fəaliyyət göstərən Milli İnkişaf Fondundan maliyyə ayrımaları Azərbaycan şəhərlərinə Tehranın ögey münasibət sərgilməsini üzə çıxarıb. Tribunainfo.az xəbər verir ki, bu barədə faktları isə Təbriz Ticarət Palatasının Mədən və Metallar Komissiyasının rəhbəri Omid Esmail Zəfəri dilə gətirib.
O deyib ki, mərkəzi Təbriz şəhəri olan Şərqi Azərbaycan vilayəti vaxtilə İranın iqtisadi cəhətdən inkişaf etmiş ilk beş əyalətindən biri olub. “Amma bu il Şərqi Azərbaycana Milli İnkişaf Fondundan cəmi 0,2% vəsait ayrılıb. Bu, ölkədəki gəlirlərin ədalətsiz bölgüsünün təzahürüdür. Eyni zamanda, ayrı-seçkilikdir”.
Zəfəri deyib ki, Şərqi Azərbaycana qarşı bu ayrı-seçkiliyi maliyyə çatışmazlığı ilə izah edirlər. “Əgər elədirsə, Yəzdə niyə fonddan 8.5 faiz, İsfahana 9 faizə qədər maliyyə ayrılıb? Madam maliyyə çatmırdısa, o zaman digər vilayətlərə də analoji qaydada az vəsait yönəldərdilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 07 Dekabr 2024 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















