Icma.az
close
up
RU
“Təyyarəmiz Bakıdan Təbrizə uçur”

“Təyyarəmiz Bakıdan Təbrizə uçur”

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qonşuluq və qardaşlıq körpüləri xoş niyyətlərə qapı açır

Bir neçə illik fasilədən sonra “Azərbaycan Hava Yolları” QSC Bakı–Təbriz–Bakı marşrutu üzrə birbaşa təyyarə reyslərini bərpa edib. İlk baxışda, sadəcə, aviasiyada sərnişindaşıma hadisəsi təsirini bağışlayan bu addım, əslində, Azərbaycan–İran münasibətlərində yeni mərhələnin başlandığını göstərir. Bu mərhələnin startı İran Prezidenti Məsud Pezeşkianın cari ilin aprelində Bakıya ilk səfərində verilmişdi. Təyyarənin Təbrizə enişi xalqlar arasında sosial-humanitar yaxınlaşmanı gücləndirir və dövlətlərarası münasibətlərin yumşalmasının praktik təzahürünə çevrilir.

Son 3-4 ildə Cənubi Qafqazda güc balansının dəyişməsi, yeni nəqliyyat dəhlizlərinin gündəmə gəlməsi və regiondakı geosiyasi maraqlar iki qonşu arasında fikir ayrılıqlarını artırmışdı. Lakin hər iki tərəf anlayır ki, regionun sabitliyi və inkişafı yalnız əməkdaşlıq və qarşılıqlı anlaşma əsasında mümkündür. Bakı–Təbriz reysinin bərpası da məhz bu anlayışın praktiki nəticəsi kimi qiymətləndirilə bilər.

Təbrizdə yaşayan azərbaycanlılar üçün Bakı ilə birbaşa əlaqələrin bərpası mədəni, sosial və iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Reysin Prezident İlham Əliyevin tapşırığı ilə bərpası Azərbaycan rəhbərliyinin İranla münasibətlərin inkişafına dair siyasi iradəsinin nümayiş hesab olunmalıdır. Çünki diplomatiya yalnız bəyanatlarla deyil, gündəlik həyatda təsirini göstərən praktiki addımlarla ölçülür. Bakı–Təbriz uçuşları da bu baxımdan yeni etimad körpüsü rolunu oynayır. Bakıdan Tehrana hava marşrutunun bərpa olunacağı xəbəri münasibətlərin strateji səviyyədə canlandığını göstərir. Əgər Təbriz reysi xalq diplomatiyası və mədəni inteqrasiyanı gücləndirirsə, bunun ardınca işə düşən Tehran reysi dövlətlərarası münasibətlərin institusional bazasının möhkəmlənməsinə xidmət edir. Proseslərin qlobal konteksti də diqqətdən kənarda qalmamalıdır. Geosiyasi gərginliklərin artdığı şəraitdə region ölkələrinin əməkdaşlıq yolunu seçməsi təqdirəlayiq haldır. Azərbaycan və İranın nəqliyyat-logistika sahəsində birgə fəaliyyəti, xüsusilə də Şimal–Cənub və Orta Dəhliz layihələri çərçivəsində strateji nəticələr vəd edir. Bu iri layihələr ölkələrin tranzit potensialını beynəlxalq miqyasda artırır. İranın coğrafi mövqeyini nəzərə alsaq, Cənubi Asiya, Yaxın Şərq və Hind okeanı hövzəsini Avrasiyanın mərkəzi ilə birləşdirən əsas oyunçulardan biri kimi Bakı–Təbriz reysi də bu kontekstdə iki ölkənin tranzit əməkdaşlığını gücləndirən mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Orta Dəhliz layihəsinin uğurlu icrası isə qlobal ticarət sistemində yeni balansların formalaşmasına səbəb olacaq.

Azərbaycanın prosesdə rolu alternativsizdir və İranla münasibətlərin sabitliyi bu xəttin daha dayanıqlı inkişafına əlavə imkanlar açır. Əgər Bakı ilə Tehran arasında iqtisadi əməkdaşlıq genişlənərsə, Orta Dəhlizin İran ərazisindən keçən alternativ marşrutları da gündəmə gələ bilər. Bu, layihənin daha çevik və dayanıqlı olmasına şərait yaradacaq.

İqtisadi müstəvidə Bakı–Təbriz aviareysinin bərpası hər iki ölkə üçün çoxşaxəli perspektivlər açır. Müntəzəm uçuşların təşkili işgüzar dairələr arasında birbaşa əlaqələrin intensivləşməsinə, ticarət dövriyyəsinin genişlənməsinə və sərmayə axınının artmasına təkan verəcək. Bu, turizm sektorunu canlandırmaqla yanaşı, iki ölkə arasında regionlararası iqtisadi inteqrasiyanı da möhkəmləndirəcək. İqtisadi əməkdaşlığın qarşılıqlı şəkildə dərinləşməsi ikitərəfli münasibətlərə təminat, bölgədə uzunmüddətli sabitliyin təmin olunmasına töhfələr verəcək.

Məsələyə humanitar müstəvidən yanaşdıqda Bakı–Təbriz təyyarə reysinin daha geniş təsir imkanlarına malik olduğunu görmək mümkündür. Bu marşrut Təbrizdə yaşayan milyonlarla azərbaycanlıya səyahət imkanı yaratmaqla yanaşı, mədəni bağların möhkəmlənməsinə töhfə verəcəyi şübhəsizdir. Eyni zamanda Arazın o tayı ilə ünsiyyətin intensivləşməsinə, humanitar diplomatiyanın güclənməsinə zəmin yaradır. Bu təmaslar gələcəkdə Azərbaycan–İran münasibətlərində diaspor amilinin də fəal rol oynamasına şərait yaradacaq. Təki məlum siyasi düşərgə ikitərəfli xoş və təmənnasız niyyətə kölgə salmaq səylərindən əl çəksin.

Cavid VƏLİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin üzvü

Müəyyən fasilədən sonra Azərbaycandan Təbrizə sərnişin təyyarəsinin uçuşlarının bərpası son dövrlər Bakı və Tehran arasında müşahidə olunan müsbət dəyişikliklərin növbəti təzahürüdür. Siyasi mənzərə ondan ibarətdir ki, hər iki tərəf qarşılıqlı münasibətlərin normal məcraya düşməsini istəyir və bundan ötrü müsbət addımlar atır. Bu baxımdan, ən başlıca amil etimad və etibardır. AZAL-ın təyyarəsinin Təbrizə enməsi iki ölkə arasında etimad mühitinin yaranmasına və möhkəmlənməsinə xidmət edən ciddi hadisədir. Yaxın keçmişdə iki ölkə arasında bəzi problemlərin yaranmasında etimadsızlığın böyük rolu olub. Amma təəssüf ki, bəzi qüvvələr bunu yenidən qabartmağa çalışırlar. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla münasibətləri yeni mərhələnin başladığından xəbər verir. Pezeşkianın Azərbaycana ilk səfərində verdiyi açıqlamaları və İrana qayıtdıqdan sonra etdiyi “günah bizdədir” etirafı göstərdi ki, əvvəlki problemlər bəzi qüvvələrin yaratmağa çalışdığı etimadsızlıqdan irəli gəlib. Bu səbəbdən iki ölkə arasında etimadın artırılmasına yönəlmiş addımların atılması olduqca vacib idi.

Azərbaycan üçün İranla münasibətlərdə Təbrizin xüsusi yeri və çəkisi var. Təbrizlilər üçün də Azərbaycan əlahiddə mənəvi dəyərə malikdir. Hər iki dövlət ortaq mənəvi dəyərlərə hörmət göstərərək, bu yöndə atılan addımlar münasibətlərimizin gələcəkdə daha da yaxşılaşacağından xəbər verir. Təcrübə göstərir ki, müəyyən gərginliyə baxmayaraq, iqtisadi və nəqliyyat sahələrində münasibətlər davam etdirilir. Bu mənada xalqlar arasında əlaqələrin inkişaf etdirilməsi və mənəvi dəyərlərə hörmətlə yanaşılması Azərbaycan–İran münasibətlərinin davamlı olaraq müsbət istiqamətdə inkişafına böyük töhfələr verəcək.

Nəzrin ELDARQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Sentyabr 2025 07:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri