İran rejiminin nə vaxt çökəcəyini proqnozlaşdırmaq mümkün deyil Netanyahu
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu İran rejiminin zəiflədiyinə və hakimiyyət dəyişikliyinin mümkün olduğuna inanır və bunun təmin edilməsi üçün mümkün olan hər şeyi edəcəyinə söz verib.
"Ölkə.az" xəbər verir ki, Netanyahu İran rejimində hazırda böyük çatlar olduğunu vurğulayıb.
O, İranın hazırkı rəhbərliyinin son dərəcə zəiflədiyini, lakin bunun nə vaxt baş verəcəyini proqnozlaşdırmaq mümkün olmadığını qeyd edib.
"Belə bir rejimin nə vaxt çökəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Bir çox hallarda bunu proqnozlaşdıra bilmədik: Rumıniyada da, Berlin divarı yıxılanda da. Heç kim bunu proqnozlaşdırmadı, amma bu baş verdi. Niyə? Çünki çatlar daxildən yayılırdı", - İsrailin baş naziri bildirib.
O, əmindir ki, sonda bu çatlar genişlənəcək, rejim süqut edəcək.
"Düşünürəm ki, biz İran xalqına bu rejimi devirməyə kömək etməliyik. Amma bu, tam olaraq seçdiyimiz anda baş verməyəcək", - Netanyahu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 03 İyun 2026 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















