İran rejiminin təməli çatlayıb və sonda çökəcək Netanyahu
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
İsrailin Baş naziri Benyamin Netanyahu İranın mövcud hakimiyyət sisteminin gələcəyi ilə bağlı sərt açıqlama verib.
Redaktor.az xəbər verir ki, bu barədə Baş nazirin ofisinin yaydığı məlumatda qeyd olunub.
Məlumata görə, Netanyahu bazar ertəsi gecəsi Mossad rəhbəri David Barneanın istefa mərasimində çıxış edərək İranla bağlı fikirlərini səsləndirib.
Baş nazir bildirib ki, İranın siyasi sisteminin əsaslarının zəiflədiyi müşahidə olunur.
“İrandakı bu terrorçu rejimin təməlləri çatlayıb. O, heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq və sizə deyirəm ki, sonda yıxılacaq”, – deyə Netanyahu vurğulayıb.
O həmçinin bildirib ki, İsrailə qarşı hər hansı plan və ya hücum hazırlayan tərəflər bunun ağır nəticələrini yaşayacaq.
Netanyahu əlavə edib ki, İran artıq öz hərəkətlərinə görə ciddi bədəl ödəyir və bu prosesin davam edəcəyi istisna edilmir.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 02 İyun 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















