Icma.az
close
up
RU
İran rejiminin “sonradangörməsi”, yaxud “qiyamət öncəsi” etiraf...

İran rejiminin “sonradangörməsi”, yaxud “qiyamət öncəsi” etiraf...

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

İranın İrəvandakı səfiri Xalil Şirqolami mətbuat konfransında Ermənistanla bağlı ölkəsinin narahatlığını bildirən fikirlər səsləndirib. Səfir qeyd edib ki, “Ermənistan getdikcə İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilir”.

Xalil Şirqolami bu yerdə İranın Ermənistan qarşısındakı tarixi xidmətlərinə də diqqət çəkib, ermənilərin bütün bu xidmətlər fonunda İranın maraqlarına həssaslıqla yanaşmamasından gileylənib. Şirqolami deyib:

 “...ən çətin məqamlarda məhz Tehran həmişə İrəvana yardım əlini uzadıb”.

Əslində, İran səfirinin səsləndirdiyi hər iki fikir böyük həqiqəti əks etdirir.

Birincisi, Ermənistan yalnız indi deyil, 44 günlük müharibədən dərhal sonra açıq Qərbpərəst siyasət yürütmək, Avropa dövlətlərinin hərbi personalını müşahidə missiyası adı altında ölkəsində yerləşdirməklə İrana ilk böyük pisliyini etmiş oldu. Bunun ardınca, Avropa İttifaqının  müşahidə missiyasının genişləndirilməsi, Ermənistanda ABŞ hərbçilərinin də iştirakı ilə təlimlərin keçirilməsi və s. kimi addımlar göstərdi ki, rəsmi İrəvan ölkəni Qərb kəşfiyyatı üçün nəhəng plasdarma çevrilib. Hansı ki, bunun ən böyük ağrısını məhz İran yaşayacaq. Necə ki, 13 iyun 2025-ci il tarixindən etibarən İsrail, ardınca isə ABŞ İranı bombalamaqla onun döyüş potensialına ağır zərbələr endirdi. Ola bilsin ki, bu əməliyyatların aparılmasında Qərb kəşfiyyatının Ermənistan üzərindən İranla bağlı əldə etdiyi informasiyalar da mühüm rol oynayıb.

Səfir Xalil Şirqolaminin  “...ən çətin məqamlarda məhz Tehran həmişə İrəvana yardım əlini uzadıb” fikri də həqiqətlərlə zəngindir.

Bəli, yaxın tarixə nəzər salsaq görərik ki, hələ Azərbaycana qarşı işğalçılıq müharibələri apardığı dönəmlərdə Ermənistan İran tərəfindən iqtisadi baxımdan ciddi dəstək almış, rəsmi Tehran təcavüzkar dövlətin enerji ilə təminatında həyati rol oynamışdır.

Bundan başqa, İran işğaldakı Azərbaycan torpaqlarınımn yağmalanmasında da böyük fəallıq göstərmiş, Qarabağ və ətraf ərazilər uzun illər ərzində Ermənistanla yanaşı, həm də İran tərəfindən talan edilmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, İran və Ermənistanın yaxın tarixi qarşılıqlı yardımlaşma və həmrəyliklə zəngindir. Bu səbəbdən də Xalil Şirqolami Ermənistandan inciməkdə haqlıdır və əslində bunun üçün bir xeyli gecikib də...Çünki Azərbaycan hələ illər öncə bildirirdi ki, Ermənistan özündən başqa heç bir ölkənin maraqlarına hörmət etmir və onun yürütdüyü siyasət hər kəsdən daha çox İran üçün ciddi problemlər doğura bilər.

Azərbaycan mediasında bir neçə ildir ki, yer alan fikirlərin İran rejimi tərəfindən indi dərk edilməsi, bu həqiqətin zamanında deyil, məhz indi – İran üçün yeni bir bombardımanın qapını kəsdirdiyi bir vaxtda dilə gətirilməsi Tehran rejiminin həqiqətdən nə qədər uzaq olduğunu göstərir. İranın Ermənistanla bağlı etirafı isə illərlə gecikdiyi üçün heç bir məna kəsb etmir və tamamillə əhəmiyyətsizdir. İndi İranın edə biləcəyi yeganə şey etdiyi səhvlərin nəticəsinə qatlaşmaq, onu gözləyən yeni zərbələr qəbul etməyə hazırlaşmaqdır.

Seymur ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Yanvar 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri