Icma.az
close
up
RU
İran savaşı dönüş nöqtəsinə çatdı

İran savaşı dönüş nöqtəsinə çatdı

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin hücumu İran üçün ağır nəticələrə səbəb olsa da, prinsipial məsələləri həll etmir:

- Rejim təslim olmur və nəticədən asılı olmayaraq, müqavimətini davam etdirir;

- İranın nüvə obyektləri tamamilə sıradan çıxarılmayıb.

İran müharibəsi “dönüş nöqtəsi”ndədir və çox şey ABŞ-ın hərbi müdaxilə edib-etməyəcəyi qərarından asılı olacaq. Çünki İranın strateji dərinliklərdə yerləşən nüvə obyektlərinin məhv edilməsi yalnız ABŞ-ın müdaxiləsi ilə mümkündür. ABŞ prezidenti İrana müdaxilə məsələsini Ağ Evdə müzakirə etsə də, yekun qərar qəbul olunmayıb. İstisna deyil ki, qərarın qəbul edilmədiyi haqda yayılan məlumatlar Vaşinqtonun “aldadıcı taktikası” da ola və müdaxilə qəfil baş verə bilər. Trampın son açıqlamaları, xüsusilə Tehrana ünvanlanan “təslim ol” ritorikası da hərbi müdaxilə variantının aktual olduğu təəssüratını gücləndirir. Lakin İrana hərbi müdaxilənin ABŞ üçün çətinlikləri də diqqətdən qaçmır.

- Trampın komandasında fikir ayrılıqları mövcuddur;

Trampın vəkili olmuş mühafizəkar siyasi şərhçi Taker Karlsonla respublikaçı senator Ted Kruz arasındakı İran mübahisəsi bunun bariz nümunəsi hesab oluna bilər. Ziddiyyətlər ortadadır: “Öncə Amerika” (MAGA) tərəfdarları İrana hərbi müdaxiləni dəstəkləmir və Trampın buna rəğmən belə bir addım atması onun reytinqinə zərər vurması risklərini artıra bilər. Trampın ilk və ikinci dəfə hakimiyyətə gəlişində ciddi rol oynayan MAGA koalisiyası ABŞ siyasətində mühüm faktora çevrilib.

- İrana hərbi müdaxilə Trampın “sülh proqramına” ziddir: onun ticarət və taariflərlə böyümək strategiyası arxa plana keçə bilər ki, bu da komanda daxilində birmənalı qarşılanmır;

- ABŞ-ın diqqəti Ukraynadan yayınacaq: nəticədə təkcə müharibəni bitirmək üçün qət edilən məsafənin sıfırlanması yox, həm də İrana görə Rusiya ilə hesablaşmaq riskləri güclənə bilər; Vaşinqton Ukrayna məsələsində Moskvanın mövqeyinə yaxınlıq nümayiş etdirsə də, təşəbbüsün tamamilə rusların əlinə keçməsində maraqlı deyil;

- İranın ABŞ üçün “qordi düyününə” çevrilməsi riskləri də var;

Əfqanıstan, İraq, Suriya... ABŞ-ın belə bir təcrübə yaşayıb. İranın strateji dərinliyini və “din silahı”nı nəzərə alanda, perspektivlər daha çox dumanlı görünür.

ABŞ məsələni daha ağrısız həll etmək – İsrailin hücumu ilə İranın təslim olmasına nail olmaq istəyir. Hərçənd, bu ehtimal getdikcə zəifləyir. Çünki İranı masada tam təslim aktı gözləyir: Tehrandan nüvə proqramlarına tamamilə son qoymaq, raket proqramını dayandırmaq, proksi qüvvələrindən imtina etmək tələb olunur. Rejim 46 ildir bütün siyasətini bu faktorlar üzərində qurub və bu qədər itkidən sonra geri çəkilmək özündən imtina etmək deməkdir. Xameneinin təslim olmayacaqları haqda verdiyi son açıqlamaları da bu fikri gücləndirir.

Bu, prosesin dalana dirəndiyi nöqtədir və belə görünür ki, ABŞ-ın hərbi müdaxiləsi olmadan “nüvəsiz İran” hədəfinə çatmağın mümkünlüyü sual altındandır./axar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 İyun 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see340

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see330

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see257

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see256

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see243

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see240

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see228

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see222

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see218

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see217

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see208

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see203

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see193

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see193

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see184

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see180

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see165

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see165

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri