Icma.az
close
up
RU
İran səfiri Ermənistandan Zəngəzur dəhlizini “vurdu” Sobhani əmri hardan alır?

İran səfiri Ermənistandan Zəngəzur dəhlizini “vurdu” Sobhani əmri hardan alır?

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

İran Ermənistan ərazisindən keçən hər hansı bir marşrutun əleyhinədir.

Turkustan.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani Azərbaycanı Naxçıvanla birləşdirəcək yolun çəkilməsindən danışarkən deyib.

O, Tehranın Azərbaycana yüklərin daşınması üçün yeni marşrut təklif edəcəyini bildirib.

“Azərbaycanın Naxçıvana İran ərazisindən keçən yolu var idi. 2020-ci il müharibəsindən sonra azərbaycanlılar İran və Ermənistan sərhədinə yaxınlaşdılar. Əvvəlki yol yük daşımaları üçün uzun məsafə idi. Təklif olunmuşdu ki, azərbaycanlılar yolun böyük hissəsini öz ərazilərindən, digərini isə İran və Ermənistana sərhədinə yaxın ərazidən keçsinlər”, – Sobhani deyib.

Onun sözlərinə görə, İrandan keçən marşrut zamanı bütün gömrük qaydaları İran qanunlarına əsasən həyata keçirilir. Nəqliyyat yollarına gəlincə isə, səfir bunun İranın ərazi bütövlüyü qorunmaqla həyata keçirilməsinə etiraz etmədiyini deyib.
“Biz Ermənistan ərazisindən yolun çəkilməsinə qarşı deyilik, lakin bu, ölkənin ərazi bütövlüyünə zərər vurmamalıdır. Dəhliz məntiqi ilə çəkilən istənilən yolun əleyhinəyik. Biz beynəlxalq nəzarətdə olan, sərhədlərin dəyişməsinə və geosiyasi dəyişikliklərə səbəb olacaq yolların əleyhinəyik. Bu məsələdə bizi heç bir ölkənin münasibəti maraqlandırmır”, – səfir qeyd edib.

O, həmçinin İranın Zəngəzur dəhlizi məsələsində Ermənistanın mövqeyini dəstəkləyən yeganə region ölkəsi olduğuna da diqqət çəkib.

“Bizim mövqeyimiz aydındır: “dəhliz” Ermənistan kimi İran üçün faydalı deyil. Bəzi ölkələr İranın bu məsələdə güzəştə getdiyi barədə şayiələr yayır, lakin Tehran üçün bu, təhlükəsizlik məsələsidir”, – Sobhani deyib.

Xatırladaq ki, səfir Sobhani vaxtaşırı Azərbaycan əleyhinə bəyanatlar səsləndirir. Daha öncə də o, ədalətsiz, qərəzli çıxışları ilə diqqət çəkib. Maraqlıdır ki, İran-Azərbaycan münasibətlərində bir az ilıqlıq yarananda Mehdi Sobhani dərhal anti-Azərbaycan mövqedən çıxış edir. Prezidentin köməkçisi Hikmət Hacıyev bu günlərdə İrana səfər etdi. O, İranın bir neçə yüksək vəzifəli məmuru ilə, həmçinin prezident Pezeşkianla görüşdü. Bu təmasların iki ölkə arasında münasibələrin yaxşılaşmasına xidmət etdiyi deyilir.

Mehdi Sobhaninin hər dəfə olduğu kimi indi də Azərbaycana qarşı sərt və ədalətsiz mövqeyi bəzi şübhələrə yol açır. Sobhani hansı dairələrin sifarişini icra edir? /globalinfo.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Fevral 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri