Icma.az
close
up
RU
Sobhani: Tehran Zəngəzur vasitəsilə Naxçıvana gedən istənilən yolun əleyhinədir KONKRET

Sobhani: Tehran Zəngəzur vasitəsilə Naxçıvana gedən istənilən yolun əleyhinədir KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran dəhliz məntiqi çərçivəsində Ermənistan ərazisindən keçən istənilən yolun əleyhinədir.

KONKRET.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani mətbuat konfransında Azərbaycanla Naxçıvan arasında quru əlaqənin mümkünlüyünü şərh edərkən bildirib.

Səfir izah edib ki, Tehran Azərbaycan tərəfinə yeni marşrut üzrə yükdaşımaları davam etdirməyi təklif edib.

Tikinti işləri başa çatdıqdan sonra Azərbaycanın yük maşınları 50 km-lik marşrutla Naxçıvana çata biləcək.

“Azərbaycanın Naxçıvana İrandan keçən yolu var idi. 2020-ci il müharibəsindən sonra azərbaycanlılar həm Ermənistan sərhədinə, həm də bizim sərhədimizə yaxınlaşdılar. Əvvəlki yükdaşıma yolu kifayət qədər uzun idi. Təklif olundu ki, azərbaycanlılar yolun böyük hissəsini öz ərazilərindən, qalan hissəsini isə İran və Ermənistan sərhədinin yaxınlığından çəksinlər”, – Sobhani bildirib.

O, qeyd edib ki, İran ərazisindən keçən marşrut tamamilə İslam Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsindədir.

Gömrük prosedurları İran qanunvericiliyi çərçivəsində həyata keçirilir.

Nəqliyyat marşrutlarının açılmasına gəlincə, İran təkcə o halda əleyhinə deyil ki, bu, ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində baş versin.

“Biz Ermənistandan keçən yolların açılmasının tərəfdarıyıq, lakin bu, onun ərazi bütövlüyü və suverenliyinə hörmətlə baş verməlidir. Dəhliz məntiqini ehtiva edən istənilən yolun əleyhinəyik”, – Sobhani bildirib.

O, əlavə edib ki, region ölkələri arasında yalnız İran “Zəngəzur dəhlizi” məsələsində Ermənistanı dəstəkləyir.

Səfir vurğulayıb ki, bu məsələ ilə bağlı iki ölkə arasında hər hansı fikir ayrılığı yoxdur: “Dəhliz” həm Ermənistan, həm də İran üçün zərərli olacaq.

Natiq Səlim,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Fevral 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri