İran səfirinin “Artsax” pavilyonunda nə işi vardı? VİDEO
Icma.az, Yenisabah saytına istinadən bildirir.
3 gün əvvəl Ermənistanın Sisian şəhərində keçirilən “Navasarad” festivalında İran səfiri Xəlil Şirqolaminin iştirakını təsdiqləyən video yayılıb.
“Yeni Sabah” xəbər verir ki, özü-özlüyündə elçinin Ermənistan ərazisində keçirilən hansısa mədəni tədbirdə iştirakı heç bir sual və ya narazılıq yarada bilməz. Amma diplomatın “Artsax” (Qarabağ) pavilyonuna baş çəkməsi əsla anlaşılan deyil.
Xəlil Şirqolami Azərbyacna mətbəxində göy qutabı kimi tanınan “jenqyalov xats”ın dadına da baxıb, hətta tərcüməçidən fərqli olaraq “Artsax” deyil, “Qarabağ” sözünü işlədib. Toyuqlu pizza
Diplomatın iştahası və ya yemək zövqü barədə fikir yürütmək düzgün olmazdı, lakin qondarma bir coğrafi adı daşıyan pavilyona baş çəkməsinə məntiqli izah tapmaq çətindir.
Bu barədə rəsmi Bakıdan çox, İran XİN-in yaxşı-yaxşı düşünməsinə böyük, həm də çox ehtiyac olduğu rəyini bölüşənlər yəqin ki azlıqda deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 13 Avqust 2026 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















