Icma.az
close
up
RU
İran səfiri “artsax” pavilyonunda Bakıdan ETİRAZ

İran səfiri “artsax” pavilyonunda Bakıdan ETİRAZ

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran səfiri “artsax” pavilyonunda – Bakıdan ETİRAZErmənistanın Sisian şəhərində keçirilən “Navasarad” festivalında İran səfiri Xəlil Şirqolaminin iştirakını təsdiqləyən video yayılıb. “Yeni Sabah” xəbər verir ki, özü-özlüyündə elçinin Ermənistan ərazisində keçirilən hansısa mədəni tədbirdə iştirakı heç bir sual və ya narazılıq yarada bilməz. Amma diplomatın “artsax” pavilyonuna baş çəkməsi əsla anlaşılan deyil.

Xəlil Şirqolami Azərbayacana mətbəxində göy qutabı kimi tanınan “jenqyalov xats”ın dadına da baxıb, doğrudur tərcüməçidən fərqli olaraq, qısa dialoqda “artsax” deyil, “Qarabağ” sözünü işlədib. Diplomatın iştahası və ya yemək zövqü barədə fikir yürütmək düzgün olmazdı, lakin qondarma bir coğrafi adı daşıyan pavilyona baş çəkməsinə məntiqli izah tapmaq çətindir.

Rəsmi Bakı Tehrandan izahat istəməlidirmi?

Deputat Hikmət Babaoğlu Musavat.com-a açıqlamasında hadisənin yalnız mədəni tədbir çərçivəsində qiymətləndirilməsinin doğru olmadığını bildirib: "Ermənistanın Sisian şəhərində, yəni bizim tarixi Qarakilsə şəhərimizdə baş verən hadisə əslində, bir festival hadisəsi deyil, eyni zamanda, bir səfirin orada Azərbaycana aid toponimi ermənilərə şamil edərək işlətməsi də deyil. Bu hadisə daha böyük məna daşıyır”.

Deputatın fikrincə, əvvəlcə sual etmək lazımdır ki, nəyə görə məhz indi Sisian şəhərində Navasard festivalı keçirilir və nəyə görə İran səfiri orada iştirak edir: “Bu, İranın ənənəvi siyasətinin, Zəngəzur dəhlizinə qarşı olan siyasətinin festival üzərindən ismarıca çevrilməsi hadisəsidir. Çünki İranın rəsmi səfiri məhz bu festivalın təşkilatçılığında və iştirakında yer alır, eyni zamanda, özü şəxsən orada iştirak edir. Yəni hər bir səfir akkreditə olunduğu ölkədə öz dövlətinin rəsmi siyasətini həyata keçirir. Ona görə də bunun İranın siyasəti olduğunu əminliklə deyə bilərik".

Deputat hesab edir ki, məsələnin digər mühüm tərəfi Qərbi Zəngəzurun gələcəkdə regional kommunikasiya baxımından oynayacağı roldur: "Qərbi Zəngəzur mühüm kommunikasiya funksiyasını yerinə yetirməyə hazırlaşır. Əlbəttə ki, Qərbi Zəngəzur Şərqi Zəngəzur coğrafiyasına paraleldir, hətta tarixi baxımdan bitişik, bütöv bir ərazidir. Dolayısı ilə, tarixi kontekstdə İran səfiri həm də Azərbaycan torpaqlarında durub Azərbaycana “meydan oxuyur”. Yəni bunun başqa izahatını verməyə ehtiyac yoxdur. Nəticə etibarilə, Xəlil Şirqolami yaxşı bilir ki, orada nümayiş etdirilən mətbəx nümunələri də elə o coğrafiyanın toponimləri kimi Azərbaycana məxsusdur. Bu, bizi təəccübləndirmir".

Hikmət Babaoğlu Azərbaycanın bütün bu proseslərə cavabının isə artıq praktiki müstəvidə ortaya qoyulduğunu vurğulayıb: "Bütün bunlara Azərbaycanın cavabı isə odur ki, artıq TRIPP marşrutu, Zəngəzur dəhlizi real icra edilmə mərhələsinə qədəm qoyub. Azərbaycan prezidentinin Naxçıvanda olması ən bariz göstəricisidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 Sentyabr 2026 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri