İran Səhiyyə Naziri BMTyə məktub yazdı KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərqandi bəyan edib ki, Birləşmiş Millətlər Təşkilatı İsrail rejiminin Qəzza zolağında tibb mərkəzlərə hücumlarına son qoymaq üçün dərhal ciddi tədbirlər görməlidir.
KONKRET.az Mehr” agentliyinə istinadən xəbər verir ki, Zəfərqandi bununla bağlı BMT-nin Baş katibi Antonio Quterreşə məktub ünvanlayıb. Məktubda qeyd olunur ki, şənbə günü İsrail rejiminin Qəzzanın şimalındakı Kamal Advan xəstəxanasına hücumundan sonra yüzlərlə insan həyatını itirib. Həmçinin İsrail qüvvələrinin mühasirəsi və ağır təzyiqi altında olan Beyt Lahiya Xəstəxanasının əməkdaşları ilə əlaqə kəsilib. Zəfərqandi bildirib ki, bu hücumlar İsrail rejiminin açıq-aşkar zorakılığının davamı və onun beynəlxalq qaydalara və müqavilələrə tam itaətsizliyinin sübutudur.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 29 Dekabr 2024 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















