Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Səhiyyə naziri məhkəməyə verildi

Səhiyyə naziri məhkəməyə verildi

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səhiyyə naziri Teymur Musayev məhkəməyə verilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bir neçə ay əvvəl liposaksiya-piysovurma əməliyyatı olunduqdan sonra dünyasını dəyişən Səbirə Vəliyevanın anası Sara Qurbanova nazirlə bağlı məhkəməyə müraciət edib.

S.Qurbanova T.Musayevdən şikayətçidir və Milli Məclisdəki yalan açıqlamasına görə təkzib verməsini tələb edir.

O, eyni zamanda, səhiyyə nazirinin xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyir. Belə ki, S.Vəliyevanın əməliyyatdan sonra dünyasını dəyişməsi məsələsi Milli Məclisdə də müzakirə mövzusu olmuşdu. Deputat Səyyad Aran çıxışında bildirmişdi ki, Sara Qurbanova qızının ölümü ilə bağlı ona müraciət edib. Deputat söyləmişdi ki, mərhumun ailəsi həmin həkimin fərqli soyadla fəaliyyət göstərdiyini deyir.

S.Aran həmçinin bu sahədə nəzarətsizliyin olduğunu deyərək səhiyyə nazirinə müraciət ünvanlamışdı.

Teymur Musayev parlamentin iclası zamanı S.Arana cavab vermiş və demişdi ki, həmin şəxs S.Qurbanovanın qızını mətbəxdə əməliyyat edib.

Nazir əməliyyatı edən Ülviyyə İlyasovanın (Qurbanovanın) həkim olmadığını, buna görə də Səhiyyə Nazirliyinin heç bir məsulliyyət daşımadığını bildirmişdi.

T.Musayevin bu açıqlaması cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.

Lakin mərhum Səbirə Vəliyevanın ölümü ilə bağlı açılan cinayət işinin araşdırması zamanı səhiyyə nazirinin “əməliyyat evin mətbəxində olub” fikirləri yalan çıxıb.

Belə ki, cinayət işi materiallarında da qeyd edilib ki, əməliyyat “AzE Estetik Mərkəz” MMC-də keçirilib. Həmin klinika lisenziyasız fəaliyyət göstərdiyi üçün Baş Prokurorluq tərəfindən aparılan yoxlama zamanı da cərimələnib. Məhkəmə hökmündə də əməliyyatın klinikada baş tutduğu göstərilir.

Bundan sonra mərhumun anası Sara Qurbanova xüsusi ittiham qaydasında Yasamal Rayon Məhkəməsinə üz tutub. Sara Qurbanova nazirin Milli Məclisdəki çıxışını böhtan və təhqir kimi qiymətləndirib.

Buna görə də Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məhkəməyə müraciət edən Sara Qurbanova nazirin qeyd edilən maddələrlə cəzalandırılmasını, həmçinin bu fikirləri ilə bağlı Milli Məclisdə təkzib verməsini tələb edib.

Şikayət hakim Mirsadiq Seyidovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Ülviyyə İlyasova keçmiş eltisi Səbirə Vəliyevanın ölümünə səbəb olduğu üçün məhkəmənin hökmü ilə 3 il 2 ay müddətə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 İyun 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see707

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see543

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see492

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see361

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see348

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see280

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see262

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see239

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see233

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see232

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see232

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see220

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see220

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see214

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see196

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see194

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see193

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see189

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see175

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri