İran səmasında ABŞ PUA sı vuruldu
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ ordusuna məxsus 1 ədəd “Lucas” Pilotsuz Uçuş Aparatı İranın səmasında vurulub.
Bizim.Media xəbər verir ki, İran Ordusunun yaydığı məlumata görə, ABŞ-a məxsus PUA ölkənin cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər Abbas rayonu ərazisində vurulub.
İran ordusu PUA-nın ölkənin Hərbi Hava Hücumlarından Müdafiə Sistemi ilə vurulduğunu qeyd edib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib.
Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 25 Oktyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















