İran səmasında iki ABŞ PUA sı vurulub SEPAH
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın cənubunda yerləşən Bəndər-Xəmir şəhərinin səmasında ABŞ-yə məxsus iki LUCAS pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi SEPAH-ın Hörmüzqan əyalətindəki regional bölməsinə istinadən məlumat yayıb.
Bildirilib ki, pilotsuz uçuş aparatları İranın vahid hava hücumundan müdafiə sistemi çərçivəsində fəaliyyət göstərən SEPAH bölmələri tərəfindən vurulub.
Bu açıqlama İranın hava və su məkanında ABŞ-yə məxsus pilotsuz uçuş aparatları ilə bağlı bir sıra insidentlər barədə məlumatların yayılmasından sonra verilib.
Bazar ertəsi axşamı SEPAH Qeşm adasının cənubunda ABŞ-yə məxsus iki MQM-170 kəşfiyyat PUA-sını məhv etdiyini bildirmişdi.
İran tərəfinin iddiasına görə, həmin aparatları SEPAH-ın Aerokosmik Qüvvələrinin tətbiq etdiyi müasir radioelektron mübarizə vasitələri sıradan çıxarıb. Korpusdan bildirilib ki, İran hərbçilərinin ələ keçirdiyi bu tipli ABŞ pilotsuz uçuş aparatlarının ümumi sayı dördə çatıb.
Bundan başqa, SEPAH Hörmüz boğazının şərq hissəsinin səmasında ABŞ-yə məxsus MQ-9 pilotsuz uçuş aparatının da ələ keçirildiyini və məhv edildiyini açıqlayıb. Korpusun məlumatına görə, İran tərəfindən vurulan bu tip PUA-ların ümumi sayı 55-ə çatıb.
Bu mövzuda digər xəbərlər:İran səmasında ABŞ PUA sı vuruldu
25 Oktyabr 2026 11:57
SEPAH: İran səmasında indiyədək 104 PUA zərərsizləşdirilib
11 Mart 2026 00:04
SEPAH: İran səmasında daha bir pilotsuz təyyarə vurulub
05 Aprel 2026 06:19
İran səmasında daha bir pilotsuz təyyarə vurulub SEPAH
05 Aprel 2026 12:11
SEPAH: İsrailin daha bir Hermes PUA sı vurulub
02 Aprel 2026 11:16
Baxış sayı:96
Bu xəbər 03 Noyabr 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















