Icma.az
close
up
RU
İran təbliğatçılarını Ermənistana göndərdi Zəngəzur xofu

İran təbliğatçılarını Ermənistana göndərdi Zəngəzur xofu

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

İranın təbliğatçıları Ermənistana səfər edib.

Axar.az xəbər verir ki, ermənipərəst Ehsan Müvəhhedianın erməni revanşistlərlə görüşləri haqda məlumat vermişdik. Ona “iranşünas”, Azərbaycanda etnik zəmində təxribatçı təbliğatı ilə seçilən Məcid Kərimi də qoşulub.

Maraqlıdır ki, hər ikisi erməni mediasına müsahibələrində Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan “qətiyyətli mövqe” tələb ediblər.

“İran üçün Zəngəzur vasitəsilə Azərbaycan və Türkiyəyə dəhliz verilməsi qəbuledilməzdir və qırmızı xəttdir. Belə bir dəhlizin açılması çox qısa müddət ərzində bütün Zəngəzur bölgəsinin əhalisinin azalmasına gətirib çıxaracaq ki, bu da Türkiyə və Azərbaycanın əsl məqsədidir”, - Məcid Kərimi deyib.

O, türklərin erməniləri oradan qovacağı barədə xof yaratmağa çalışaraq, Ermənistan hökumətini bu barədə düşünməyə, “o yolun əhəmiyyətini dərindən öyrənməyə” çağırıb:

“Zəngəzurun geosiyasi yeri və mövqeyi digər bölgələrdən fərqlənir. Anlamaq lazım olan budur. Həm Osmanlılar, həm də Bakının Müsavat hökuməti Mehri bölgəsinə davamlı hücumlar edib (tarixi saxtalaşdırır, Xalq Cümhuriyyəti dönəmində Zəngəzur, Dərələyəz və Göyçə Azərbaycanın sərhədləri daxilində idi – red.) və hazırda belə ambisiyaları var, ona görə də o yola nəzarət etsələr, “Qarabağın taleyi” təkrarlanacaq”.

M.Kərimi iddia edib ki, “erməni tərəfi Türkiyənin düşüncə tərzini yaxşı başa düşmür”, yol açılsa, türklər bir bəhanə ilə dərhal həmin əraziyə qoşun yeridəcək.

M.Kərimi bu cəfəngiyyatın ardınca əsl niyyətini və məqsədini dilə gətirib:

“Ermənistan təcili olaraq İrana hərbi əməkdaşlıq haqqında saziş imzalamağı, xüsusən də Zəngəzurda birgə fəaliyyət göstərməyi təklif etməlidir. İkinci mərhələdə Ermənistan İrana Zəngəzurda hərbi baza yerləşdirmək xahişi ilə müraciət etməlidir. Üçüncü mərhələdə Zəngəzurda İranla iqtisadi inkişaf zonaları yaradılmalıdır”.

Eyni mövqe və eyni təbliğatı Ehsan Müvəhhedian da davam etdirib. Erməni mediasına müsahibəsində Müvəhhedian bildirib ki, Paşinyan Azərbaycana “maneəsiz yol” təqdim etsə, “bu, yanlış siyasət” olacaq:

“Əgər mallar Ermənistan ərazisindən yoxlamasız, gömrük nəzarəti olmadan daşınırsa, deməli, bu, tamamilə yanlış yanaşmadır. Ermənistanın cənub sərhədlərindən hansı malların daşındığını biz bilmiriksə, bunun siyasi, iqtisadi və hüquqi nəticələrinə necə cavab verə bilərik?”

Müvəhhedian bununla da kifayətlənmir, M.Kəriminin bölüşdüyü “tezisi” daha da inkişaf etdirir:

“Əgər onlar (azərbaycanlılar – red.) silahla Zəngəzura girib genişmiqyaslı qırğınlar törədəcəklərsə, nə edəcəksiniz? Bu, əvvəlcə Zəngəzur bölgəsində, sonra isə Ermənistan Respublikasının qalan hissəsində əhalinin azalmasına səbəb olacaq və iqtisadi və təhlükəsizlik məsələləri ortaya çıxacaq”.

Müvəhhedian da dərhal “İran yardımını” təklif edib:

“İran bilavasitə qonşu olduğu Zəngəzur bölgəsində həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan Ermənistanı dəstəkləyə bilər. Ermənistan Zəngəzur bölgəsində pis niyyətli Türkiyəyə arxalanmamalıdır”.

İranın Ermənistanda “qeyri-hökumət qurumları” vasitəsilə təsiretmə cəhdləri yeni xəbər deyil. Vardan Voskanyan, Tiqran Abramyan – xüsusilə revanşistləri təmsil edənlər və Azərbaycana qarşı olanlar – vaxtaşırı olaraq İrana səfərlər edilər. Voskanyan hətta bu səfərləri İran tərəfinin maliyələşdirdiyini də etiraf etməkdən çəkinməmişdi. Keşiş Baqrat isə İrana gizli səfər etmiş və rəsmilərlə görüşlər keçirmişdi.

Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyan ötən il Tehrana rəsmi səfərə dəvət edildiyini, burda generallarla qapalı şəkildə görüşdüyünü demişdi. Abramyan öz sosial şəbəkə hesabında yazmışdı ki, İran Ermənistanla hərbi müttəfiqlik sazişi imzalamağa çalışır və İrəvanın bunu rədd etməsindən narahatdır.

Vardan Voskanyan da hələ ötən il Məcid Kəriminin bu cür mövqe sərgiləməsinin təsadüfi olmadığını demişdi. O, “Sputnik Ermənistan”a 21 fevral 2024-cü il açıqlamasında dolayısı ilə bildirmişdi ki, İranda müstəqil ekspert yoxdur, ekspertlər hakimiyyətin diplomatik dillə deyə bilmədiklərini ifadə edilər.

Voskanyanın ötən il etiraf etdiyi kimi, İran növbəti dəfə “ekspertlərin dili ilə” Ermənistana təklifə və təzyiqə başlayıb. Hər iki ekspertin bir qədər fərqli sözlərlə olsa da, Ermənistan mediasına “eyni mətni” üzündən oxuduqlarına heç bir şübhə yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Mart 2025 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see287

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see234

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see211

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see200

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see184

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see180

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see163

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see158

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see147

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see142

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see136

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see136

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see135

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri