Icma.az
close
up
RU
Tehranın Zəngəzur XOFU

Tehranın Zəngəzur XOFU

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Azərbaycanın 44 günlük  Vətən müharibəsindəki qələbəsindən sonra regionda yeni reallıq yaranıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, Laçına səfəri zamanı səsləndirdiyi fikirlər də Cənubi Qafqazda yeni bir geosiyasi mərhələnin başlandığını göstərir. Onun "Biz artıq Cənubi Qafqazda sülh və əmin-amanlıq görmək istəyirik" bəyanatı təkcə Bakı ilə İrəvan arasında sülh prosesinə dəstək kimi yox, həm də Türkiyənin bu bölgəyə baxışındakı dəyişiklik kimi dəyərləndirilir. Türkiyə Prezidenti Ərdoğanın sözlərindən bəlli olur ki, Türkiyə Cənubi Qafqazda sülhü yalnız siyasi baxımdan deyil, iqtisadi və nəqliyyat baxımından da düşünür.

Zəngəzur dəhlizi artıq sadəcə yol layihəsi deyil, bu, Ankaranın Türk dünyası ilə birləşmək strategiyasının əsas prinsiplərindən biridir. Ərdoğanın “Türkiyə üzərindən Türk dünyasına uzanan inteqrasiya xətti” fikri göstərir ki, bu baxış artıq real infrastruktur planlarına çevrilir. Bu isə o deməkdir ki, sülhə yalnız Bakı-İrəvan deyil, Bakı-Ankara-Mərkəzi Asiya prizmasından da baxmaq lazımdır. İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Səid Xətibzadə “Danışıqlara platforma verməyə hazırıq” desə də, hiss edilir ki, bu diplomatik balansı qorumaq üçün səslənən cümlədir.

Tehran həm “sülhə dəstək” verdiyini deyir, həm də Zəngəzur dəhlizi məsələsində ehtiyatlı davranır. Bəzən bu məsələdə açıq qısqanclıq edir. Çünki Tehran yaxşı bilir ki, bu dəhliz açılsa, İranın bölgədəki logistik əhəmiyyəti azalar, geoiqtisadi təsiri zəifləyər. İran fayda gətirə biləcək layihədən ona görə uzaq durur ki, bu dəhliz "Azərbaycan-Türkiyə-Türk dünyası" xəttini gücləndirəcək və özü bu prosesdən kənarda qalacaq.

Halbuki Ərdoğanın “İranın da bu addımları dəstəkləyəcəyini gözləyirik” sözləri Tehrana açıq şəkildə “gəl, bir yerdə olaq” mesajıdır. Türkiyə “qazan-qazan” yanaşması təklif edir, amma İran bu çağırışa ehtiyatla, öz siyasi və ideoloji çərçivələri içindən cavab verir. Söhbət təkcə Ermənistanla münasibətlərin normallaşmasından getmir. Söhbət bütövlükdə regionda yeni iqtisadi-siyasi düzənin qurulmasından gedir. Bu yeni düzəndə həm İran, həm də Ermənistan üçün seçim var: ya bu sistemin içində olub əməkdaşlıq edəcəklər, ya da tədricən təcrid olunmaq riski ilə üz-üzə qalacaqlar.

İranın Zəngəzur dəhlizi ilə bağlı ehtiyatlı və bəzən əngəlləyici mövqeyinin kökündə geoiqtisadi narahatlıqlar dayanır, yoxsa bu, daha çox geosiyasi "Türk blokuna" qarşı strateji bir manevrdir? 

“Radikal və sərt ritorika ilə çıxış etmir, amma…”

"Cümhuriyyət"-ə açıqlamasında siyasi ekspert Ülviyyə Zülfüqar bildirib ki, İran Zəngəzur dəhlizinin açılmasını regionda Türkiyə və ümumilikdə Türk qüvvələrinin gücünün artması kimi qiymətləndirir və bu səbəbdən Rusiya ilə eyni mövqedən çıxış edir:

"Onların bu məsələyə yanaşması tam eyni xətt üzərindədir demək çətin olsa da, ən azından paralel mövqe sərgilədikləri müşahidə olunur. Bəli, İran hazırda əvvəlki rəhbərliyin sərgilədiyi sərt mövqedən fərqli bir yanaşma nümayiş etdirməyə çalışır, ən azı, görüntü olaraq Azərbaycan və Türkiyə ilə münasibətləri istiləşdirmiş və ya yumşaltmış kimi görünür. Lakin bu yanaşmanın arxasında öz maraqları dayanır. İran Zəngəzur dəhlizinin açılmasına ehtiyatla yanaşır və əvvəlki sərt mövqedən tamamilə geri çəkildiyini söyləmək hələ tezdir.

Eyni zamanda, İranın alternativ dəhliz ideyaları axtarması bu məsələ ilə bağlı qeyd etdiyim fikirləri müəyyən qədər təsdiqləyir. İran da yaxşı bilir ki, bu alternativ dəhlizlər Zəngəzur dəhlizinə geosiyasi baxımdan əvəz ola bilməz. Lakin mövcud siyasi şəraitdə bu dəhlizin qarşısını almaq və ya balans yaratmaq məqsədilə belə təşəbbüslərlə çıxış edir. Bununla belə, İran əvvəlki dövrlərdə olduğu kimi, bu məsələdə radikal və sərt ritorika ilə çıxış etmir. Bu da onu göstərir ki, gələcəkdə, Zəngəzur dəhlizi açıldıqdan sonra İranın mövqeyində müəyyən yumşalma müşahidə oluna bilər".

Rusiya ilə konkret razılaşma?

Ekspert hesab edir ki, bütün bunlara baxmayaraq İran hələ də Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Çünki bu dəhliz Azərbaycanın, Türkiyənin və ümumiyyətlə, Türk dünyasının birliyini gücləndirəcək, onların bir-birinə daha sıx bağlanmasını təmin edəcək:

“Uzun illər bölgədəki quru və logistik yolların bloklanması bu əlaqələri zəiflətmişdi. İndi isə bu əngəllərin aradan qalxması İran üçün müəyyən təhlükə kimi görünür. Bu səbəbdən İran tərəfi öz mövqeyini qoruyub saxlayır”. 

Ekspert qeyd edir ki, bu məsələdə Rusiya ilə konkret razılaşma və ya açıq ittifaq mövcud deyil:

“İran və Rusiya eyni mövqeyi bölüşsələr də, aralarında bu istiqamətdə hər hansı razılaşmanın olduğu qənaətində deyiləm. Amma gələcəkdə Zəngəzur dəhlizi ilə bağlı konkret razılaşmalar əldə olunsa və proses irəliləsə, İran-Rusiya mövqelərinin daha da yaxınlaşması mümkündür. Çünki onların bu və digər məsələlərdə daha əvvəl də müttəfiq kimi çıxış etdikləri hallara rast gəlinib. Bu təcrübəyə əsaslanaraq, gələcəkdə də belə bir yaxınlaşma ehtimalını istisna etmirəm".

Səbinə Uğur
“Cebehinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 İyun 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri