Icma.az
close
up
RU
“İran təkdir, Rusiya və Çin yanında olmayacaq” Natiq Cəfərli

“İran təkdir, Rusiya və Çin yanında olmayacaq” Natiq Cəfərli

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Bu başqa ölkələrə də mesajdır ki, Rusiya və Çindən müttəfiq olmaz

“İran artıq dəyişib, sadəcə, bu dəyişikliyin rəsmiləşməsi bir az zaman alacaq. İranda dəyişikliklər rəsmiləşdirməlidir ki, təməl problemlərini həll edə, iqtisadi inkişafa, vətəndaşlar arasında konsensusa nail ola bilsin”.

Sherg.az xəbər verir ki, bu fikirlər iqtisadçı Natiq Cəfərliyə məxsusdur. N.Cəfərli qeyd edir ki, İrana qarşı aparılan hüquqsuz əməliyyatlar davam etdikcə, beynəlxalq media bu münaqişənin qloballaşma təhlükəsindən, hətta 3-cü Dünya savaşına çevrilmə ehtimallından yazır. Bu isə tamamən səhv yanaşmadır: 

- Əvvəla, klassik dünya müharibəsi olması üçün İranın yanında böyük müttəfiqlər olmalıdır – Rusiya və Çin yanında deyillər, olmayacaqlar da, hər iki ölkənin nə qədər zəif olduğu üzə çıxır və bu başqa ölkələrə də mesajdır ki, Rusiya və Çindən müttəfiq olmaz, əvvəl Suriya, sonra Venesuela, indi İran, bir neçə həftəyə Kuba bu tezisi sübut edir. 

İkincisi, tam tərsinə münaqişə lokallaşıb, çünki, ən azı 7-8 il əvvəldən başlayan plandır. İlk əvvəl İranın bölgədəki “proksiləri” zəiflədildi, hətta böyük ölçüdə sıradan çıxarıldı. Ardınca Suriya əməliyyatı İranı xeyli zəiflətdi, Livanda “Hisbollah”, Yəməndə “Husilər” vuruldu və güc itirdilər. Ona görə də, bölgədə qlobal “yanğının” qarşısı əvvəlcədən alındı, münaqişə lokallaşdı, İran üzərində fokuslandı. 

Hə, deyə bilərsiniz ki, İran bütün ətraf ölkələrə raket-dron atır, bu elə münaqişəni qloballaşdırır - bu “optik yanlışlıqdır”. Körfəz ölkələri tarixən İranla, yumşaq desəm, yola getmirdilər və İranın otelə, binaya, hava limanına vurduğu zərər və zərbələr müharibənin gedişatına heç 0,1% də təsir etmir. Yəni, belə zərbələrlə İran ABŞ-ı nəyəsə məcbur edə bilməz, belə baxanda, Dubayda otelin yanması ABŞ-ın çox da vecinə deyil, İranda günahsız uşaqları bombalayanların otel yanması niyə vecinə olsun ki?!

Xülasə, İran təkdir, münaqişə lokallaşıb, İnşallah ki, yaxın zamanda danışıqlarla yekunlaşacaq və İran daxilində qanlı qarşıdurmalardan qaçmaq mümkün olacaq. İran artıq dəyişib, sadəcə, bu dəyişikliyin rəsmiləşməsi bir az zaman alacaq. İranda dəyişikliklər rəsmiləşdirməlidir ki, təməl problemlərini həll edə, iqtisadi inkişafa, vətəndaşlar arasında konsensusa nail ola bilsin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Mart 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri