Natiq Cəfərli: İran daxilində daha maraqlı proseslərin şahidi olacağıq”
Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Birjalarda inanılmaz sakitlik var, normal satış-alış əməliyyatları gedir, neft “dəlilik” etmir, neftin və qızılın qiymətləri kəskin qalxmır, rutin bir birja günüdür. Halbuki Yaxın Şərqdəki alov, İsrail-İran müharibəsi birjaları alt-üst etməli, ilk növbədə nefti, sonra da “güvənli liman” olan qızılı (qızıl hətta 0,5% ucuzlaşır bu dəqiqələrdə) kəskin bahalaşdırmalı idi".
Reyting.az xəbər verir ki, bu sözləri Real Partiyasının sədri Natiq Cəfərli sosial media hesabında yazıb.
O bildirib ki, ümumiyyətlə, bazar, birja ən dəqiq indikatordur, investorların davranışı analiz üçün ən sağlam istinad nöqtəsidir: “Birjalardakı vəziyyət onu deməyə imkan verir ki, İsrail-İran qarşıdurması yaxın saatlarda bitəcək (1-2 gün çəkə bilər), anlaşma olacaq, bundan sonra İran daxilində daha maraqlı proseslərin şahidi olacağıq”.
Bu mövzuda digər xəbərlər:“Rəsmən dolayıblar insanları” − Natiq Cəfərli
25 Noyabr 2025 21:36
Natiq Cəfərli Ədalət Vəliyevlə görüşüb
17 Dekabr 2025 19:26
Neftin bahalaşması müvəqqətidir Natiq Cəfərli
03 Mart 2026 10:18
Natiq Cəfərli PA ya çağırıldı
05 İyun 2026 13:45
Bayramqabağı qiymət artımı daha sürətlənib Natiq Cəfərli
04 Mart 2026 13:31
Baxış sayı:183
Bu xəbər 17 İyun 2025 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















