Icma.az
close
up
RU
İran təslim olacaq, yoxsa dünya ilə toqquşacaq? 3 mümkün ssenari

İran təslim olacaq, yoxsa dünya ilə toqquşacaq? 3 mümkün ssenari

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"İsrail qarşısında ciddi itkilər verən İran rejiminin seçimləri müharibənin inkişına yön verə biləcək faktorlar arasındadır. Rəsmi Tehran İsrailə raket zərbələri endirsə də, hazırda iki istiqamətdə səy göstərir: ABŞ-nin İsrail cəbhəsində müharibəyə qoşulması ssenarisinə imkan verməmək; Vaşinqtonu Təl-Əvivi dayandırmağa inandırmaq və nüvə danışıqlarını bərpa etmək".

Ölkə.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, İran Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən vasitəçilik etməsini xahiş edir, lakin bütün səylər nəticəsizdir:

"Çünki minumum hədəf hücum əməliyyatı ilə Tehranı danışıqlar masasındakı tələblərlə məcbur etmək olan müharibədə İsrailin əldə etdiyi nəticələr İranın tamamilə təslim olması – teokratik sistemin dəyişməsi perspektivlərini yaradıb və Tramp Administrasiyası diplomatiyanı əlavə variantlar sırasında saxlamaqla, şərtlərin yetişməsini gözləyir". 

Ekspert bildirib ki, bu mənzərə fonunda sual yaranır: "Bütün yolları tükənərsə, İran rejiminin son seçim kimi atacağı radikal addımlar nələr ola və nə qədər effekt verə bilər? Hörmüz boğazını bağlamaq. İran artıq bunu gündəmə gətirib, lakin məsələ hələ ki təhdid xarakteri daşıyır.

Rejim dünya iqtisadiyyatına ciddi zərər vuracaq və neft qiymətinin yüksək artımına səbəb olacaq bu addımı son kartlardan biri kimi saxlayır. Hərçənd, Tehranda anlayırlar: Hörmüz boğazının bağlanması İrana qarşı beynəlxalq koalisiyanın müdaxiləsini legitimləşdirəcək amildir. Həmçinin, belə radikal addım İranın dost hesab etdiyi ölkələri – misal üçün, neft qiymətinin yüksəlməsini istəməyən Çin bu məsələdə maraqlı deyil - ondan uzaqlaşdıra bilər. Boğazın bağlanması təhdidi İranın əlində azsaylı “strateji çəkindirmə” aləti olaraq qalır".

A.Nərimanlının fikrincə, digər bir ssenari müharibəni regional müstəviyə yaymaqdır: "İran rejimi başda daha zəif hesab etdiyi körfəz ölkələri olmaqla, ABŞ bazalarının yerləşdiyi regionları hədəfə ala, belə demək mümkünsə, “tarana” gedə bilər. Bu, İran üçün şansının az olduğu “qumar oyunu” olacaq, çünki müharibə arealının regiona yayılması hədəf seçilən ölkələrin də İsrail cəbhəsində aktiv iştirakını şərtləndirə və Tehranın məhvini legitimləşdirə bilər".

Ekspert hesab edir ki, digər məqam isə "dini silah"ın işə salınmasıdır: "Xamenei sələfi Xomeyninin son seçimini təkrarlaya bilər. Bu, İsrail və ona dəstək verən ölkələrə qarşı “cihad” elanıdır. İraqa qarşı müharibədə Xomeyni bu taktikadan istifadə etməklə yüz minlərlə müsəlmanı bir-birinə qırdırsa da, rejimin regional dayaqlarını möhkəmləndirə bildi. Xameneinin də son seçimlərindən biri kimi eyni taktikadan istifadə edə biləcəyi istisna edilməməlidir. Bu taktika İrana qələbəni gətirməyəcək, amma müqavimət zəmini formalaşdıra bilər. İranın proksi qüvvələrinin ciddi “qan itirməsi” belə bir müqavimətin effektini şübhə altına alsa da, tamamilə sıradan çıxmadığı da bəllidir: Hizbullah və Həmas zəifləsə belə hələ də qalır, husilər və İraqdakı şiə qrupları mövcudluğunu qoruyur; mümkün “dini müharibə” fətvası ilə qüvvələr İsrailə və ABŞ-ın bölgədəki mövqelərinə “baş ağrısı” ola, regionu toqquşmalar platformasına çevirə bilər".

Siyasi şərhçinin sözlərinə görə, iran rejimi son seçimləri saxlayır: "Çünki onlar üçün “son” olmadığını, diplomatiya ilə çıxış yolunu tapa biləcəklərini düşünürlər. Anlayırlar ki, bu seçimlərdən istənilən biri təkcə rejimin yox, İranın gələcəyini sual altına salacaq. Lakin proses xilasın mümkün olmadığı mərhələsinə çatarsa, bu seçimləri silah olaraq istifadə edə biləcəkləri istisna deyil".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 İyun 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri