Icma.az
close
up
RU
ABŞ ın hücumu: İran təslim olacaq, yoxsa... Dəhşətli ssenari qapıda

ABŞ ın hücumu: İran təslim olacaq, yoxsa... Dəhşətli ssenari qapıda

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ hücumu ilə İranın nüvə obyektlərini tamamilə sıradan çıxarmasa da (məlumatlar mübahisəlidir), müharibənin gedişini dəyişdirdi və hər şeydən öncə diplomatik masaya qayıtmağın yollarını böyük ölçüdə bağladı.

- İran bombalar altında masaya qayıtmağın təslim olduğunu anlayır və dirənişi ilə mövcud vəziyyətdə ən azı məqsədəuyğun şərtlər – nüvə proqramının dinc şəraitdə saxlanılması, raket proqramını müzakirədən çıxarması və s. – formalaşdırmağa çalışır: rəsmi Tehranın ritorikası da təslimçilikdən uzaqdır;

- ABŞ hücumlardan sonra növbəti mərhələyə - İranda rejim dəyişikliyinə keçiddən bəhs edir; Tramp MIGA - “Make Iran Great Again” – “İranı yenidən qüdrətli edək” – planını elan etdi;

Mümkündür ki, ABŞ prezidenti “rejim dəyişikliyi” siqnalına İran hakimiyyətini təslim olması – nüvə proqramı və raketlərdən imtinaya razı salmağa sövq etməsi variantı kimi də baxır və arxa fonda diplomatiyanı davam etdirir. Lakin diplomatik danışıqların perspektivinə ciddi təsir edən həlledici bir məqam var: tərəflərdən birinin – İran, yaxud ABŞ-İsrail cəbhəsi geri çəkilməsi məğlubiyyət deməkdir və bu, müharibənin iki tərəfdən birinin “güzəştə” getməsinə qədər davam etməsi risklərini ön plana çıxarır.

İranın müqavimət resursları hələ tükənməyib. Daha öncə də yazmışdıq: Hörmüz boğazının bağlanması, ABŞ-ın regiondakı hərbi bazalarının və mövqelərinin hədəfə alınması, hətta Xameneinin “cihad” elan etməsinə qədər praktiki addımları qalır. Bu addımların effektiv nəticəsi sual altında olsa belə, teokratik rejim sona qədər bütün kartlarını oynaya bilər. İran parlamentinin Hörmüz boğazının bağlanması qərarı da ABŞ-ın hücumu fonunda “strateji çəkindirmə” gedişi olsa da, bunun mümkünlüyünü nümayiş etdirdi.

Müharibə fonunda son günlər baş verən proseslər İran rejiminin dirəniş göstərməsini şərtləndirən digər amilləri də ön plana çıxarır.

Birincisi, ABŞ-İsrail hücumlarının İrana qarşı beynəlxalq koalisiyaya hələ də çevrilməməsidir.

Avropa ölkələri İrana hücumlara ritorik dəstək versə də, paralel şəkildə danışıqlar masasının qurulması istiqamətində də işləyir. Böyük Britaniya, Fransa, Almaniya və Avropa İttifaqının Cenevrədə İranla keçirdiyi danışıqlar nəticəsiz olsa belə, Tehran üçün alternativlərin tükənmədiyini göstərdi.

İkincisi, region ölkələrinin müharibəyə qoşulmamasıdır.

Bu, təkcə ABŞ-İsrail cəbhəsini genişlənməməsi yox, həm də müharibənin sərhədlərinə birbaşa təhlükə yaratmaması baxımından əhəmiyyətlidir.

Üçüncüsü, İranın “müttəfiq”lərinin arxa fonda mümkün dəstəyidir.

Çin müharibəyə praktiki olaraq qoşulmasa da, İranın ABŞ üçün bataqlığa-uzunmüddətli problemə çevrilməsinə nail olmaq üçün Tehranı dəstəkləyə bilər. Rusiya da Ukrayna planına görə İranda müharibənin davam etməsini şərtləndirən rejimin müqavimətində maraqlı ola bilər. Hər iki ölkənin bunu ABŞ-la birbaşa üz-üzə gəlmədən necə edəcəyi sual altında olsa da, bu, İran rejimini müqavimətə sövq edən amillər arasındadır.

Dördüncüsü, İran rejimi üçün daxildə təhlükə potensialının ABŞ və İsrailin istədiyi səviyyədə olmamasıdır, hər halda belə görünmür.

Rejimin əleyhdarları kifayət qədər olsa da, müharibə şəraitində küçələrə çıxması sual altındadır. Rejimin dəyişməsini istəyən qruplar bunun kənar müdaxilə - hərbi-siyasi rəhbərliyin sıradan çıxması, hakimiyyətin təslim olması ilə baş verməsini gözləyir, çünki küçələrə çıxmaq onları birbaşa hədəfə çevirə bilər. İran rejimi isə müharibədən daxili problemləri arxa plana keçirərək, ictimai rəyi öz ətrafında birləşdirmək istiqamətində ciddi təbliğat aparır, xüsusilə dini hislərin istismarı fonunda.

Bunun qarşısında ABŞ hansı addımları ata bilər?

- Trampın MİGA planının perspektivi dumanlıdır: daxili qrupların hərəkətə gətirilməsi Suriya ssenarisi risklərini yaradır, çünki rejim Əsəd kimi təslim olmayacaq və nəticədə silahlı mübarizə başlaya bilər;

- İrana qarşı beynəlxalq koalisiyanın yaradılması imkanı nəzərdən keçirilə bilər, hərçənd, bu geosiyasi müstəvidə maraq toqquşmasına və müharibənin regional müstəviyə yayılmasına zəmin yarada bilər;

Tramp Administrasiyasının yaxın perspektivdə planı zərbələrin davam etdirilməsi ilə İranı təslim olmağa məcbur etmək görünür. Xamenei rejiminin dirənməsi İranda uzunmüddətli – “sürünən müharibə” ssenarisini aktuallaşdırır.

Asif Nərimanlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 İyun 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri