Icma.az
close
up
RU
İran Trampa cavab verdi: “Hörmüzü tvitlə ələ keçirmək olmaz!”

İran Trampa cavab verdi: “Hörmüzü tvitlə ələ keçirmək olmaz!”

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi Hörmüz boğazının açılıb-bağlanması ilə bağlı qərarı yalnız Tehranın verə biləcəyini bildirib. Modern.az xəbər verir ki, “Mehr” agentliyi Qəribabadinin ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını ABŞ ərazisi elan etmək niyyətinə dair açıqlamasına cavab verdiyini yazıb.

Tramp Nyu-York ştatının Qarden-Siti şəhərində keçirilən seçki tədbirində tərəfdarları qarşısında çıxış edərək, İranın məğlubiyyətindən sonra ABŞ-ın yaxın zamanda Hörmüz boğazını öz ərazisi elan edəcəyini bildirib.

Qəribabadi isə “X” sosial şəbəkəsində paylaşım edərək boğazın “nə tvitlə, nə aviadaşıyıcı ilə, nə əmrlə, nə də seçkiqabağı çıxışla ələ keçirilə bilməyəcəyini” deyib. O, İranın təhdidlərdən və güc nümayişindən qorxmadığını vurğulayıb.

İranlı diplomat başqa bir paylaşımında isə “Boğaz İranın olub, İranındır və İran olaraq qalacaq” ifadəsini işlədib.

Onun sözlərinə görə, Tehran Vaşinqton özünün “strateji və ağır məğlubiyyətlərini” qəbul edənədək su yolunun blokadasını davam etdirəcək.

Tərəflərin bu açıqlamaları ABŞ və İran arasında bir neçə aydır davam edən silahlı qarşıdurma fonunda səslənib.

Hörmüz boğazına nəzarət münaqişədə əsas gərginlik mənbələrindən biri olaraq qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Avqust 2026 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see353

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see330

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see306

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see300

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see296

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see282

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see282

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see277

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see275

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see255

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see229

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see227

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see223

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see222

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see221

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see216

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see206

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see205

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri