Icma.az
close
up
RU
“İran Hörmüzü yenidən minalayır”

“İran Hörmüzü yenidən minalayır”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

İran Hörmüz boğazında yeni minalar yerləşdirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios”a ABŞ rəsmisi və məsələ ilə tanış mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu həftə Hörmüz boğazında əlavə minalar yerləşdirib.

Məlumata əsasən, dünyanın ən strateji neft marşrutlarından biri olan Hörmüz boğazında hərbi aktivlik artıb. İranın mina yerləşdirməsi ilə paralel olaraq kommersiya gəmilərinə qarşı hücumlar da qeydə alınır, ABŞ isə bölgədə dəniz nəzarətini gücləndirir.

ABŞ Prezidenti Donald Tramp yeni məlumatlardan sonra “Truth Social” platformasında ABŞ Hərbi Dəniz Qüvvələrinə mina yerləşdirən İran gəmilərinə qarşı “tərəddüdsüz cavab verilməsi” barədə göstəriş verdiyini bildirib.

Mənbə qeyd edib ki, Hörmüz boğazında vəziyyət artıq qlobal enerji bazarı üçün ciddi risk yaradır. Beynəlxalq Enerji Agentliyi bu durumu son onilliklərin ən böyük neft təchizatı pozuntusu kimi qiymətləndirir.

Vurğulanır ki, dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən 20 faizi bu boğazdan keçir. Son gərginlik səbəbindən gündəlik gəmi keçidi kəskin azalıb.

Məlumatlara əsasən, bu, İranın münaqişə başlayandan sonra ikinci dəfə mina yerləşdirmə əməliyyatıdır. ABŞ kəşfiyyatı əvvəlki mərhələdə yerləşdirilən minaların hamısının təmizlənib-təmizlənmədiyini hələ də dəqiqləşdirə bilməyib.

ABŞ hərbi mənbələri İranın mina əməliyyatlarını izlədiklərini və sahil bölgəsində hələ də ehtiyatların mövcud ola biləcəyini bildirir. Minaların kiçik balıqçı tipli gəmilər vasitəsilə asanlıqla yerləşdirilə bildiyi qeyd olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Aprel 2026 02:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri