İran Trampa suiqəsd etmək fikrindən daşınıb
Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran oktyabrın ortalarında İsveçrə diplomatları vasitəsilə ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampı öldürməyə cəhd etməyəcəyini bildirən yazılı mesaj göndərib.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı “NBC News” yayıb.
Bildirilir ki, mesaj ABŞ-nın hazırkı prezidenti Co Bayden administrasiyasının İsveçrə vasitəsilə Trampa sui-qəsd cəhdini müharibə aktı kimi qiymətləndirəcəyinə dair İrana xəbərdarlıq göndərdikdən sonra gəlib.
Qeyd edək ki, İran və ABŞ arasında rəsmi diplomatik əlaqələr olmadığı üçün İsveçrə Tehranda ABŞ-nın diplomatik maraqlarını təmsil edir.
Xatırladaq ki, iyul ayında Bayden administrasiyası İranın Trampa sui-qəsd planı ilə bağlı kəşfiyyat məlumatı aldığını bildirib və bu məlumat Məxfi Xidməti onun yenidən seçki kampaniyası üçün təhlükəsizliyi gücləndirməyə vadar edib. Keçən həftə ABŞ Ədliyyə Departamenti iranlı bir adamı kirayəlik qətl planının bir hissəsi olaraq Trampa sui-qəsd təşkil etməkdə ittiham edib.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:İran nüvə silahı əldə etmək fikrindən daşınıb?
17 İyun 2025 14:48
İran: Trampa qarşı suiqəsd planlaşdırmırıq
15 Noyabr 2024 18:31
ABŞ: İran Trampa suiqəsd hazırlamayıb
15 Noyabr 2024 15:56
İran hakimiyyəti Trampa suiqəsd hazırlayıb?
15 Noyabr 2024 15:51
İran XİN : Trampa qarşı suiqəsd planlaşdırmırıq
15 Noyabr 2024 18:59
Baxış sayı:121
Bu xəbər 16 Noyabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















