Icma.az
close
up
RU
İran nüvə silahı əldə etmək fikrindən daşınıb?

İran nüvə silahı əldə etmək fikrindən daşınıb?

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


İsrail beşinci gündür ki, İrana silsilə hücumlar həyata keçirir və bunun ölkənin nüvə proqramı ilə bağlı olduğunu bildirir. Təl-Əviv Tehranın nüvə silahı əldə etmək axtarışında geridönüşü olmayan nöqtəyə sürətlə yaxınlaşdığını və zərbələrin bu nəticənin qarşısını almaq üçün zəruri olduğunu bəyan edir.
Reyting.az
xəbər verir ki, “CNN International”-ın əldə etdiyi yeni məlumatlara görə, ABŞ kəşfiyyatının qiymətləndirmələri fərqli bir nəticəyə gəlib.
“İran nəinki aktiv şəkildə nüvə silahı əldə etməyin ardınca gedib, ona bu silahı istehsal edib hədəfə çatmaq üçün üç ilə qədər vaxt lazım olub”,- CNN bunu sözügedən kəşfiyyat məlumatı ilə tanış olan dörd nəfərə əsasən bildirir.
İndi İsrailin bir neçə gün davam edən hava hücumlarından sonra ABŞ kəşfiyyat rəsmiləri hesab edirlər ki, İsrail İranın nüvə proqramını ən çox bir neçə ay gecikdirmiş ola bilər.
Qeyd olunur ki, İsrail uranın zənginləşdirilməsi üçün lazım olan sentrifuqaların yerləşdiyi Natanz obyektinə ciddi ziyan vursa da, ikinci, güclü şəkildə gücləndirilmiş Fordo zənginləşdirmə qurğusuna faktiki olaraq zərər dəyməyib.
Mütəxəssislərin fikrincə, İsrailin ABŞ-nın xüsusi silahları və hava dəstəyi olmadan Fordonu zədələmək gücü yoxdur.

Tramp və Bayden administrasiyalarında Yaxın Şərq üzrə xüsusi yüksək səviyyəli diplomat kimi çalışan CNN analitiki Brett Mcgurk deyib: “İsrail bu nüvə obyektlərinin üzərində gəzə, onları sıradan çıxara bilər, lakin həqiqətən onları sıradan çıxarmaq istəyirsinizsə, ya ABŞ-nın hərbi müdaxiləsinə, ya da razılaşmaya ehtiyacınız var”.
Bu, Tramp administrasiyası üçün əhəmiyyətli dilemma yaradır, çünki o, Yaxın Şərqdə bahalı və mürəkkəb müharibəyə qarışmamağa çalışır.
Prezident Donald Tramp ABŞ-nın İsrailin İranın nüvə infrastrukturunu məhv etmək səylərində iştirakını istəmədiyini açıq şəkildə bildirsə də, administrasiya İsrailin İranın nüvə proqramını məhv etməsinin yalnız ABŞ-nın hərbi dəstəyi ilə mümkün olduğunu qəbul edir. Bu dəstəyə yeraltı obyektləri məhv edə bilən ABŞ bombaları və onları daşıyan “B-2” bombardmançıları daxildir. Hesabata görə, bu incə tarazlıq prezidentin təcridçi müşavirləri ilə onun müttəfiqləri arasında müzakirələrə səbəb olub. Tramp isə mövzu ilə bağlı ehtiyatlı açıqlamalar verib.
CNN-nin məlumatına görə, son həftələrdə bəzi ABŞ hərbi liderləri, o cümlədən CENTCOM komandanı general Maykl Kurilla İranla davam edən qarşılıqlı hücumlar fonunda İsraili müdafiə etmək və dəstəkləmək üçün daha çox resurs istəyiblər. Lakin bura hücum əməliyyatlarının dəstəklənməsi daxil deyil.
“Kurilla ən pis ssenariyə hazır olmaq istəyir”,- deyə məsələ ilə tanış olan mənbə bildirib. Bəyanat İsraili dəstəkləmək üçün Yaxın Şərqdəki ABŞ aktivlərinin yenidən yerləşdirilməsi səyləri ilə bağlı olub. Münaqişə şiddətləndikcə ABŞ bölgədəki qüvvələrini yenidən yerləşdirir. Bu, həm Amerika qoşunlarını qorumaq, həm də, lazım gələrsə, İsraili müdafiə etmək üçün edilir.
ABŞ ilə İsrailin hərbi və kəşfiyyat rəsmiləri uzun müddətdir İranın nüvə proqramı ilə bağlı eyni məlumatları paylaşsalar da, bu barədə onların şərhləri çox vaxt fərqli olur.
Trampın milli kəşfiyyat direktoru Tulsi Qabbard mart ayında Konqresə hesabatında ABŞ kəşfiyyatının “İranın nüvə silahı yaratmadığını və ali rəhbər Xamnəinin 2003-cü ildə dayandırdığı nüvə silahı proqramını bərpa etmədiyini” qiymətləndirdiyini deyib.
İsrailin baş naziri Benyamin Netanyahu bazar günü “Fox News”-a İsrail kəşfiyyatının Qabbardın bəyanatlarından niyə fərqləndiyini soruşduqda belə cavab verib:
“ABŞ ilə paylaşdığımız kəşfiyyat məlumatları aydın və qısa idi. Onlar uranı silahlandırmaq üçün gizli plan üzərində işləyirdilər. Həm də çox sürətlə”.
V. QULİYEV
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 İyun 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri