İran Trampı TƏKZİB ETDİ: “ABŞ la danışıqlar planımız yoxdur”
Icma.az bildirir, Yenisabah portalına istinadən.
İran ABŞ Prezidenti Donald Trampın açıqlamasını təkzib edərək Vaşinqtonla yeni danışıqların planlaşdırılmadığını açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, İranın rəsmi IRNA agentliyi BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka gedən İran nümayəndə heyətindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, hazırda ABŞ-da olan İranın xarici işlər naziri Abbas Əraqçi əvvəlcədən planlaşdırılan görüşlərini başa vurduqdan sonra çərşənbə axşamı İrana qayıdacaq. Məlumata görə, hazırda ABŞ-la hər hansı danışıqlar aparılması planlaşdırılmır. pizza sifarişi
Həmçinin qeyd olunub ki, İranın Qətərin vasitəçiliyi ilə ABŞ-a çatdırdığı şərtlərə Vaşinqtonun cavabı hələ daxil olmayıb. Tehran həmin cavabı gözləyir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazının açılması ilə bağlı irəli sürdüyü şərtləri rədd etdiyini bildirdikdən sonra bu həftə İranla yeni danışıqlar raundunun keçiriləcəyini gözlədiyini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 28 Sentyabr 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















