Pezeşkian Trampı təkzib etdi: ABŞ la danışıq aparmırıq!
Modern.az saytına istinadən Icma.az xəbər verir.
“İran və ABŞ hər hansı danışıqlar aparmır”.
Modern.az xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian özünün Telegram kanalında bildirib.
"ABŞ Prezidentinin açıqlamaları enerji qiymətlərini aşağı salmaq və hərbi planlarını həyata keçirmək üçün vaxt qazanmaq cəhdləri kontekstində verilir", - deyə o bildirib.
ABŞ Prezidenti Donald Tramp əvvəllər İranla iki günlük "çox yaxşı və məhsuldar" danışıqlardan sonra Pentaqona İran elektrik stansiyalarına və enerji infrastrukturuna hücumları 5 gün ərzində dayandırmağı tapşırdığını bildirmişdi. Trampın sözlərinə görə, Vaşinqton və Tehran Yaxın Şərqdəki hərbi münaqişənin həllini müzakirə ediblər.
Pezeşkian isə qeyd edib ki, son günlərdə İran Hörmüz boğazından gəmilərin koordinasiyasını və keçidini təmin etmək üçün yalnız Yaxın Şərq ölkələri, xüsusən də Omanla danışıqlar aparır.
"Bu əlaqələr açıqdır; Tehran və Vaşinqton arasında heç bir gizli danışıqlar aparılmır", - deyə o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 23 Mart 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















