Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bakı kritik qərar verdi: Rusiya Azərbaycandan qovulur

Bakı kritik qərar verdi: Rusiya Azərbaycandan qovulur

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya-Azərbaycan münasibətləri son 30 ilin ən gərgin dövrünü yaşayır. Ötən il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya hava məkanında xarici müdaxilə səbəbindən zədələnməsi, sonradan isə Aktau şəhərində qəzaya uğraması rəsmi Bakını şimal qonşusu qarşısında bir neçə tələblər qoymasına səbəb oldu.

Rusiya bu hadisəyə görə prezident səviyyəsində üzr istədi. Amma həlak olanların, yaralananların ailələrinə təzminat ödənmədi, dövlətə dəymiş ziyan Rusiya dövləti tərəfindən qarşılanmadı. Ən əsası isə günahkarlar cəzalandırılmadı.

Əksinə, Rusiya günahı Azərbaycanın, ekipajın üstünə atmağa davam edir. Artıq münasibətlər o həddə qədər gərginləşib ki, Azərbaycan Rusiyanı beynəlxalq məhkəmə verməyə hazırlaşır. Bu istiqamətdə prosesə start verildiyi deyilir. Üstəlik rəsmi Bakı Rusiyaya nota verdi. Azərbaycan XİN Rusiya Federasiyasının “Rossotrudniçestvo” agentliyinin Azərbaycan Respublikası ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı məlumat yaydı.

Globalinfo.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev baş verən hadisə ilə bağlı Rusiyanın mövqeyinin anlaşılmaz olduğunu vurğulayıb:

“Səsləndirilən fikirləri ilkin versiya kimi ortaya ataraq Azərbaycana ciddi cavab verməməyə çalışırlar. Kremldən tapşırıq alan bir sıra siyasətçilər, KİV ciddi cəhdlə prosesdə pilotları günahlandırmağa çalışır. Absurd məsələdir. İlkin araşdırma da göstərdi ki, “Azərbaycan Hava Yolları”na məxsus olan təyyarə dekabrın 25-də qəzaya uğrayıb, 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb. Burada Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan vətəndaşları da var idi. Öz vətəndaşına bu qədər biganə qalmaq təəssüfləndirici haldır. Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı da bir daha göstərir ki, Rusiya qərəzli yanaşmasını davam etdirməkdədir. AZAL-a məxsus sərnişin təyyarəsi aparılan araşdırmalara görə, Rusiya səmasında, Qroznı hava limanı üzərində GPS siqnallarının itməsi halı ilə üzləşib, “Pantsir-S” raketi ilə vurulub. Bütün bunlar hesabatda da qeyd olunub. Pilot Bakıya qayıtmaq qərarı verib, həmin siqnalların kənar müdaxilə nəticəsində işləməməsi səbəbindən bu qərar yerinə yetirilməyib”.

Deputatın sözlərinə görə, ciddi cəhdlə “Kavyor əməliyyatı” gündəmə gətirilir:

“Bu əməliyyat təyyarənin vurulmasından sonra ortaya çıxdı. İlkin hesabatda da görünür ki, sözügedən proseslər arasında 10 dəqiqəyə yaxın fərq var. Təyyarənin vurulması faktı təsdiq olunur. Foto, audio, rəqəmsal qeydiyyatlar var. Rusiya bu faktlardan qaça bilməz. Maraqlı budur ki, hesabat yayıldıqdan sonra Rusiyanın nəzarətində olan qurumlar, “Rosaviasiya” məsuliyyətdən yayınmaq üçün əsassız açıqlamalarla çıxış edir. Mətbuat da bu deyilənləri təkrarlayır. Bu birinci hal deyil. Dəfələrlə həmin praktikanın şahidi olmuşuq. Hələ, 2014-cü ildə Ukrayna səmasında vurulmuş “Malayziya Hava Yolları”na məxsus MH17 təyyarəsinin vurulmasında da belə ajiotaj yaradıldı. Məsuliyyəti Ukraynanın üzərinə atmaq istəsələr də illər keçdikdən sonra sübut olundu ki, Rusiya bu prosesdə iştirak edib”.

Arzu Nağıyev qeyd edir ki, hazırda məlum hadisə səbəbindən Rusiyanın üzərinə düşən öhdəliklərə əməl etməməsi iki ölkə arasında müəyyən soyuqluğun yaranmasına səbəb olub:

“Rusiya üzrlə yanaşı təzminat ödəməli, səbəbkarların cəzalandırılmasını həyata keçirməlidir. Azərbaycan hələlik dialoq yolu ilə Rusiyanın bu addımları atacağını gözləyir. Lakin əksi olarsa, rəsmi Bakı beynəlxalq məhkəməyə müraciət etmək hüququndan istifadə edərək qəzanın səbəblərinin araşdırılmasını tələb edə bilər. Rusiya Azərbaycanla münasibətlərin pisləşməsində maraqlı deyilsə, atacağı addımları yaxşı dəyərləndirməlidir.

Digər tərəfdən son günlər Bakıda fəaliyyət göstərən “Rus evi”nin qərəzli mövqeyi, fəaliyyəti də diqqətçəkəndir. Hüquq-mühafizə orqanlarının “Rus evi”ni nəzarətə götürdüyü, müşahidə kameralarının quraşdırıldığına dair məlumatlar da var. Bura ciddi nəzarətdə saxlanılır. Görünür, yaxın günlərdə onun fəaliyyəti ilə bağlı da mühüm addımlar atıla bilər. Rusiya Azərbaycanla münasibətlərinə ciddi yanaşmalıdır. Çünki mövcud reallıqlar fonunda Azərbaycan Cənubi Qafqazda əsas söz sahiblərindən birinə çevrilib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Fevral 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri