Icma.az
close
up
RU
İran uğrunda savaş: ABŞ Rusiya və Çinin ortaq qatılacağı müharibədən çəkinir?

İran uğrunda savaş: ABŞ Rusiya və Çinin ortaq qatılacağı müharibədən çəkinir?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trump gələn ay İranla saziş bağlanacağını açıqlasa da, danışıqların nəticəsiz qalacağı təqdirdə Tehranın “ağır mərhələ” ilə üzləşəcəyini də istisna etməyib. 

Həmçinin, ABŞ-nin “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin zərbə qrupunun Karib hövzəsindən Yaxın Şərq istiqamətində hərəkətə keçməsi, eləcə də Avropa aviaşirkətlərinə İranın hava məkanından istifadə etməmək barədə yeni xəbərdarlıq Vaşinqton-Tehran xəttində gərginliyin azalmadığını göstərir.

Yəni bu addımlar yaxın perspektivdə tərəflər arasında münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı sualları artırır.

Tramp sülhdən danışdığı halda Yaxın Şərqə niyə gəmi göndərir? İran və ABŞ arasında yaxın vaxtlarda gərginlik yarana bilərmi?

"Cebheinfo.az"a açıqlamasında politoloq Turab Rzayev bildirib ki, Amerika Birləşmiş Ştatları ilə İran arasında münasibətlərin həddindən artıq gərginləşəcəyi aydındır.

O qeyd edib ki, sadəcə burada Vaşinqtonun mövqeyinin tam qəti olmadığını görürük:

"Bir tərəfdən ABŞ daxilində İrana qarşı sərt zərbələrin endirilməsini istəyən qüvvələr var və bu mövqeyə İsrail və Böyük Britaniya kimi müttəfiqlərin təsir göstərir. Eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri də bunun qəti tərəfdarıdır.

Digər tərəfdən, həm ABŞ daxilində, həm də onun müttəfiqləri arasında mümkün hərbi eskalasiyanın əleyhdarları var. Bu sırada Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və Pakistan kimi ölkələrin adı çəkilir. Həmin dövlətlər bölgədə vəziyyətin nəzarətdən çıxmasını istəmirlər".

Politoloq əlavə edib ki, son dövrlərdə Tehranın Çin və Rusiya texnikası gətirilməsini görürük:

"Bunlar da çəkindirici faktor rolunu oynamağa çalışır. İran faktiki olaraq ABŞ-nin Yaxın Şərqdəki bazaları və hərbi obyektlərini hədəf alacağını deyir. Həmçinin Hörmüz boğazını bağlaya, eləcə də bölgədəki aviadaşıyıcılara zərbə endirilə biləcəyi iddia olunur.

Belə ssenari isə neft qiymətlərinin kəskin artması və Yaxın Şərqin genişmiqyaslı müharibə riski ilə üz-üzə qalması demək olardı.

Bu amillər Vaşinqtonu bur az düşündürür. ABŞ üçün hakimiyyət dəyişikliyi üçün daha rahat nail olmağın yollar barədə düşünür. Lakin bunu sınadılar alınmadı".

O bildirib ki, hazırkı şəraitdə mümkün müdaxilə, eyni zamanda İranın arxasında dayanan Çin və Rusiya faktorunu da gündəmə gətirir:

"Bu, ABŞ-nin dolayı da olsa, həmin güclərlə qarşıdurmaya hazır olub-olmaması sualını ortaya çıxarır. Amma istənilən halda Vaşinqtondan hər an gözlənilməz addımlar gəlməsi istisna deyil.

Çünki Tramp administrasiyası Venesuelada sübut etdi ki, o sürprizlərlə doludur. Bu baxımdan, İrana hər an sürpriz gözlənilə bilər". 

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Fevral 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri