Netanyahu: İran İsrailə hücum etməkdən çəkinir
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrailin Baş naziri Binyamin Netanyahu İran rejiminin sonunun yaxınlaşdığını və Tehranın İsrailə hücum etməkdən çəkindiyini iddia edib.
Turkustan.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb. Netanyahu kabinet iclasından əvvəl çıxışında İranın İsrailə hücum etmədiyini və bunun səbəbini bildiyini söyləyib.
“İran bizə hücum etmir. İran bunu etməkdən çəkinir və səbəbini bilir”, – Netanyahu deyib.
Baş nazir əlavə edib ki, İran İsrailə yenidən hücum edəcəyi təqdirdə, “təsəvvür edə bilməyəcəyi bir zərbə” alacaq.
“Əlbəttə, onlar səhv edə və yenidən bizə hücum etmək qərarına gələ bilərlər. Sonra isə təsəvvür edə bilməyəcəkləri bir zərbə alacaqlar”, – Netanyahu vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 07 Sentyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















