Icma.az
close
up
RU
İran uran planını təxirə sala bilər: şərtlərini açıqladı

İran uran planını təxirə sala bilər: şərtlərini açıqladı

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi İran mənbələrinə istinadla məlumat yayıb.

Mənbələrin fikrincə, Vaşinqton İranın bu şərtlərini qəbul edərsə, tərəflər arasında siyasi razılaşma mümkündür. Bildirilir ki, bu məsələ hələlik ABŞ-ın danışıqlar komandası ilə müzakirə olunmayıb.

Razılaşma əldə olunacağı təqdirdə, İran bir il ərzində uranı zənginləşdirməyi dayandıracaq, yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsi isə ya digər ölkələrə göndəriləcək, ya da dinc məqsədlər üçün yanacağa çevriləcək.

“Reuters” yazır ki, ABŞ dəfələrlə bildirib: yeni razılaşmada uranın zənginləşdirilməsinin tamamilə dayandırılması nəzərdə tutulmalıdır, çünki bu fəaliyyətin nüvə silahı istehsalı ilə nəticələnə biləcəyindən ehtiyat edilir. İran isə dəfələrlə bəyan edib ki, nüvə silahı hazırlamaq niyyətində deyil.

Qeyd edək ki, İran və ABŞ nümayəndələri mayın 23-də Romada İranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün beşinci danışıqlar raundunu keçiriblər. Danışıqlarda vasitəçi kimi Oman çıxış edib. Omanın xarici işlər naziri Bədr əl-Busaidi danışıqların sonunda müəyyən, lakin hələ yekunlaşmamış irəliləyiş əldə edildiyini açıqlayıb.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 May 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri