“Trampın cavabını gözləyirik” İran şərtlərini açıqladı
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“İran hakimiyyəti Qətər vasitəçiləri vasitəsilə ABŞ ilə hərbi münaqişəyə son qoyulması üçün öz şərtlərini Vaşinqtona çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi “Al Jazeera” telekanalına müsahibəsində bildirib.
“Biz hərbi əməliyyatların dayandırılması məqsədilə tələblərimizi Vaşinqtona çatdıran Qətər vasitəçisi ilə əlaqə saxlayırıq. İndi Prezident Trampdan cavab gözləyirik. İranın irəli sürdüyü şərtlərə bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, dondurulmuş aktivlərin blokdan çıxarılması və dəniz blokadasının ləğv edilməsi daxildir”, – deyə Rezayi bəyan edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ, İsrail və İran arasındakı müharibənin tezliklə başa çatacağını bildirib. O həmçinin qeyd edib ki, münaqişə bitdikdən sonra ABŞ-də benzinin qiyməti əvvəlki səviyyəyə qayıtmalı, hətta daha da aşağı düşməlidir.
Xatırladaq ki, daha öncə İran Ali Liderinin məsləhətçisi Məhəmməd Baqer Zülqədr Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun hakimiyyətdə olduqları müddətdə Hörmüz boğazının gəmiçilik üçün bağlı qalacağını bildirmişdi.
Baxış sayı:41
Bu xəbər 19 Sentyabr 2026 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















