KİV: İran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını istisna edir
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
İranın ölkədən yüksək dərəcədə zənginləşdirilmiş uran da daxil olmaqla nüvə materiallarını çıxarmaq planı yoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə ISNA xəbər agentliyi diplomatik mənbəyə istinadən məlumat verib.
"ABŞ ilə danışıqlarda nüvə materiallarının ölkədən çıxarılmayacağını vurğuladıq. Rusiya tərəfi də məsələdən xəbərdardır", - agentliyin mənbəsi bildirib.
Xatırladaq ki, "The Wall Street Journal"ın məlumatına görə, Cenevrədə keçirilən ABŞ-İran danışıqlarında Tehran tərəfi Vaşinqtonun nüvə proqramı ilə bağlı əsas narahatlıqlarını həll etmək üçün yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini Rusiya kimi üçüncü ölkəyə göndərməyi təklif edib.
Bu mövzuda digər xəbərlər:İran uranın ölkədən çıxarılmasını qəbul etmir Bu xərclərini ABŞ ödəməlidir
03 Fevral 2026 10:11
İran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına icazə verməyəcək
21 Oktyabr 2026 00:41
İran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına razılıq verməyib
02 Noyabr 2026 12:15
Xamenei zənginləşdirilmiş uranın xaricə çıxarılmasını qadağan etdi
21 May 2026 15:15
Netanyahu: İranla yekun razılaşma uranın ölkədən çıxarılmasını nəzərdə tutmalıdır
24 May 2026 20:52
Baxış sayı:185
Bu xəbər 21 Fevral 2026 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















