İran və ABŞ arasında nüvə danışıqları: Razılıq, yoxsa yeni gərginlik?
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran İslamabadda ABŞ ilə aparılan danışıqlarda uranın zənginləşdirilməsini müvəqqəti dayandırmağı təklif edib.
Redaktor.az xəbər verir ki, bu barədə "The New York Times" İran və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Tehran fevral ayında Cenevrədə keçirilən görüşlərdə də oxşar təşəbbüslə çıxış edib. Bundan sonra ABŞ Prezidenti Donald Trump İrana qarşı əməliyyat başlatmaq qərarı verib.
Pakistanda keçirilən son danışıqlarda isə ABŞ tərəfi İrana uranın zənginləşdirilməsinə 20 illik moratorium tətbiq etməyi təklif edib.
Qəzet qeyd edir ki, nüvə proqramının dayandırılması müddəti ilə bağlı müzakirələrin aparılması tərəflərin müəyyən razılığa gəlmək ehtimalının olduğunu göstərir.
Ağ Ev rəsmiləri bildiriblər ki, hələlik konkret razılıq əldə olunmasa da, danışıqların yeni mərhələsi müzakirə edilir.
Daha əvvəl "Axios" xəbər vermişdi ki, Tehran uranın zənginləşdirilməsinin 10 ildən az müddətə dondurulmasını nəzərdə tutan təşəbbüs irəli sürüb.
Aprelin 11-də İran və ABŞ İslamabad şəhərində bir neçə raund danışıqlar keçiriblər. İran nümayəndə heyətinə Parlamentin sədri Məhəmməd Bağır Qalibaf, ABŞ nümayəndə heyətinə isə Vitse-prezident C.D. Vance rəhbərlik edib.
Tərəflər sonradan bildiriblər ki, bir sıra fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılıq əldə olunmayıb.
Tehran və Vaşinqton arasında dialoqun gələcək perspektivləri isə hələlik qeyri-müəyyən olaraq qalır.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 14 Aprel 2026 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















