Icma.az
close
up
RU
İran və ABŞ razılığa gəlir? Tehranın nüvə proqramı arxa plana keçəcək

İran və ABŞ razılığa gəlir? Tehranın nüvə proqramı arxa plana keçəcək

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Donald Tramp Amerika Birləşmiş Ştatlarının prezidentliyinə namizədliyini yenidən irəli sürəndə, əvvəlki prezidentliyi dövründəki dəst-xəttinin yenidən prioritet olduğunu bildirdi. O, Birləşmiş Ştatların xarici siyasətinin bu dəfə də dəyişməyəcəyini və "Birinci Amerika" yanaşması ilə idarə ediləcəyini vurğuladı. Ona görə də Tramp NATO və Avropa İttifaqı kimi kollektiv təhlükəsizlik mexanizmlərinə dəstəyi yenidən azaldacağını, səbəb olaraq ABŞ-nin xarici siyasətin içində var-gəl etməsi, yəni başqa ölkələrin daxili işinə qarışmasının daxili siyasətdə boşluqlar yaratdığını qeyd etdi. Yəni, digər respublikaların problemləri və onların daxili işinə müdaxilə ABŞ-ni maraqlandırmamalıdır, Amerika xalqını daha çox düşünmək lazımdır.

Trampın xarici siyasətində mübarizə aparacağı iki prioritet ölkə isə Çin və İrandır. Çin Trampın iqtisadi mübarizəsində yer alırsa, İran siyasi mübarizənin önündə gəlir. Çünki Trampın Yaxın Şərq siyasətində Tehran açar ölkə hesab edilir. Bunun əsas səbəbi isə İsarilin müdafiəsidir. Tramp İsraili özünün "qırmızı xətti" saydığı üçün İrana qarşı mübarizəni genişləndirməyi zəruri hesab edir və bu baxımdan, Tehranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır. Qeyd etmək yerinə düşər ki, İranın xarici işlər naziri Abbas Əraqçı bəyanat verərək deyib ki, ABŞ-nin İranla bağlı əsas narahatlığı nüvə silahıdırsa, bu problemi həll etmək mümkündür. İranın Məsud Pezeşkian rəhbərliyindəki yeni hakimiyyəti də islahatçı qanadını təmsil edir və Qərb ilə münasibətləri normallaşdırmağı vacib sayır.

Mövzunu Oxu.Az-a dəyərləndirən siyasi şərhçi Zeynal Əmrəliyevin sözlərinə görə, İranda Məsud Pezeşkian hakimiyyətə gəldikdən sonra əsas işi məhz Qərblə dil tapmaq olduğu üçün, Dövlət Departamenti ilə yaxşı münasibətləri olan keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin vitse-prezident təyin edilməsindəki əsas məqsəd də budur:

"İran çalışır ki, Donald Tramp dövründə münasibətlərdə hansısa gərginlik baş verməsin. Çünki istər Trampın İsrailə olan xoş münasibəti, istərsə də administrasiyada təmsil olunan şəxslərin İran əleyhinə verdiyi açıqlamalar Pezeşkian hökumətini ehtiyyatlı olmağa vadar edir. Ehtimal ki, Tehranın nüvə proqramı bir qədər arxa plana keçəcək. Abbas Əraqçının verdiyi açıqlamadan da məlum olur ki, İran bu məsələdə Qərbə güzəştə getməyə çalışır. Vaşinqton bu müddətdə maksimum şəkildə Tehrandan nələrsə qoparmağa çalışacaq. Yaxın Şərqdə İranın proksi qüvvələrinin sıradan çıxarılması istiqamətində addımlar atılacaq".

"Ümumiyyətlə, Donald Trampın məqsədi İranın Yaxın Şərqdən çıxarılmasıdır. Qəzzanın sökülməsi də məhz buna hesablanıb. ABŞ Həması tamamilə bitirmək istəyir. Qəzzanın dağılmasında da əsas məsələ budur. Bundan sonra əsas diqqət "Hizbullah" və husilərə yönəlib. Yaxın 4 ildə biz İranın Yaxın Şərqdəki mövqelərini itirməsini izləyə bilərik", - deyə analitik əlavə edib.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Fevral 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri