İran və Azərbaycan arasında ticarət artıb Nazir açıqladı
Modern.az saytına istinadən Icma.az xəbər verir.
İran və Azərbaycan arasında ticarət dövriyyəsi regionda müharibənin yaratdığı çətinliklərə və mövcud şəraitə baxmayaraq, son altı ay ərzində artıb.
Modern.az xəbər verir ki, bunu İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq İran-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın rəhbərlərinin görüşü çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Nazir deyib ki, iki ölkə arasında ticarətin artım tendensiyasının davamlı olması üçün infrastrukturun inkişaf etdirilməsi və mövcud maneələrin aradan qaldırılması vacibdir.
Sadiqin sözlərinə görə, Culfa-Kəlalə yolunun genişləndirilməsi layihəsi iki ölkə arasında nəqliyyat imkanlarını və ticarət dövriyyəsini artıra bilər.
“İran və Azərbaycan arasında münasibətlər dostluq, qardaşlıq və strateji xarakter daşıyır. Bugünkü görüşdə Birgə Komissiyada razılaşdırılmış məsələlər nəzərdən keçirildi və əldə olunan razılaşmaların icra vəziyyəti müzakirə olundu”, - deyə nazir bildirib.
O qeyd edib ki, son altı ay ərzində regiondakı müharibənin yaratdığı çətinliklərə və mövcud şəraitə baxmayaraq, İranla Azərbaycan arasında ticarətin həcmi artıb. F.Sadiq bu tendensiyanın davam etdirilməsi üçün infrastrukturun inkişaf etdirilməsi və maneələrin aradan qaldırılması istiqamətində işlərin aparıldığını vurğulayıb.
Culfa-Kəlalə yolunun genişləndirilməsi layihəsinə toxunan nazir İranın layihəni ciddi şəkildə irəlilətdiyini bildirib. Onun sözlərinə görə, layihənin həyata keçirilməsi iki ölkə arasında nəqliyyat imkanlarının və ticarət həcminin artmasına şərait yaradacaq.
Nazir əlavə edib ki, İran və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradır.
“Gələcəkdə ikitərəfli münasibətlərin və əməkdaşlığın daha da genişləndiyinin şahidi olacağıq”, - deyə nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 29 Sentyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















