Ötən il İran ilə Azərbaycan arasında ticarət dövriyyəsi 21 faiz artıb AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 22 yanvar, AZƏRTAC
Ötən il İran ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 21 faiz artıb.
AZƏRTAC İran mətbuatına istinadla xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Əmin Tərfa Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Tehranda keçirilən 16-cı iclasında deyib.
O bildirib ki, əgər 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 480 milyon dollar olmuşdusa, 2024-cü ildə bu rəqəm 580 milyon dollara yüksəlib.
Onun sözlərinə görə, iki qonşu dövlət arasında tranzit və nəqliyyat sahələrində yaxşı əməkdaşlıq əlaqələri mövcuddur: “Ağbənddə İran ilə Azərbaycan arasında Araz çayı üzərində salınan yeni körpünün tikintisi son mərhələdədir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 22 Yanvar 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















