Icma.az
close
up
RU
İran və Azərbaycan münasibətləri bundan sonra heç vaxt əvvəlki kimi olmayacaq AÇIQLAMA

İran və Azərbaycan münasibətləri bundan sonra heç vaxt əvvəlki kimi olmayacaq AÇIQLAMA

Sonxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"İran və Azərbaycan münasibətləri bundan sonra heç vaxt əvvəlki kimi olmayacaq" - AÇIQLAMA

İranın ali dini rəhbəri Əli Xameneyinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abedini Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanallarına müsahibəsindən sonra qorxuya düşənlərdən biri olub.

Molla Azərbaycan Prezidenti barədə özünəlayiq ifadələrlə çıxış edib.

Bəs görəsən İran bu təxribatlarına görə Azərbaycandan üzr istəyə bilərmi?

Mövzu ilə bağlı politoloq Turan Rzayev Sonxeber.az – a açıqlama verib:

"İran ilk dəfə deyil ki, bu "molla"lar üzərindən ölkəmizə qarşı qara piar kompaniyası aparır. Bu, ilk olmadığı kimi, böyük ehtimalla son da olmayacaq. İran özünü elə aparır ki, sanki bu şəxslər həqiqətən müstəqil iradəyə sahibdirlər və onlar subyektiv fikir səsləndirirlər. Lakin bu, belə deyil. Məlum məsələdir ki, İranda azad fikir, ifadə forması deyə birşey yoxdur. Orda molla rejimi totalitar, otokratik bir rejimdir və onların tabeliyində olan funksionerlər, əmmaməli trollar dəstəsi var. Bu dəstələr Allah fətvası əsasında danışdıqlarını iddia etsələr də, itaət etdikləri, Allah saydıqları "lider"lərinin üzərindən ölkəmizə və prezidentimizə təhqiramiz ifadələr səsləndirirlər. Aydın məsələdir ki, bu ifadələri səsləndirən şəxslər birbaşa İrandan təlimat alır. Tehran ancaq bu yolla Azərbaycana qarşı nəsə etdiyini düşünür. Bunlar çox ucuz və zəif taktikalardır. Məntiqlə baxsaq, İran Azərbaycandan daha güclüdür, ərazisi böyükdür. Amma buna rəğmən onlar bizə qarşı heç nə edə bilmir və bu onları narahat edir. Bu səbəbdən də belə variantlardan istifadə edirlər.
Nəticə etibarı ilə mən bir üzr istəniləcəyini düşünmürəm. Amma münasibətlərin normallaşması üçün bir addım atıla bilər. Əslində Azərbaycanın İrandan üzr gözləntisi olduğunu da düşünmürəm. Çünki, biz İranın xislətinə bələdik. İran terrorist mahiyyətli, din adı altında iperealist maraqlarını irəli sürən ölkədən başqa birşey deyil. Orada istər şah olsun, istərsə də molla. Bu, onun xislətindən qaynaqlanan birşeydir. Buna görə də bizim belə bir rejimlə hər hansı uzlaşmaya gələcəyimizi düşünmürəm. Qısaca, İran və Azərbaycan münasibətləri bundan sonra heç vaxt əvvəlki kimi olmayacaq. İran öz şimalında Azərbaycan adlı bir dövlətin varlığını qəbul etmir, heç vaxt da etməyəcək. Çünki, həmin Azərbaycanın bir də cənubu var və bu cənub faktoru İranı hər zaman qorxudur. İran parçalanıb kiçilmədiyi təqdirdə aramızda sağlam əməkdaşlığın baş verəcəyinə inanmıram".

Çiçək Sadatova


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 13 Yanvar 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see200

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see169

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see166

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see146

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri