Icma.az
close
up
RU
Əvvəlki Azərbaycan Rusiya münasibətləri olmayacaq Politoloqdan ŞƏRH

Əvvəlki Azərbaycan Rusiya münasibətləri olmayacaq Politoloqdan ŞƏRH

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bu dəqiqələrdə Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü keçirilir. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü AZAL-a məxsus təyyarənin qəzaya uğramasına dair vəziyyətin müzakirə edilməsi ilə başlamağı təklif edib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirdi ki, Rusiya ilə Azərbaycanın münasibətlərinə yalnız “AZAL” təyyarəsinin Çeçenistanın paytaxtı Qroznı üzərində vurulması və nəticədə baş verən insan tələfatına görə kompensasiya məsələsi prizmasından baxmaq düzgün deyil.

Onun sözlərinə görə, Rusiyanın son dövrlər sərtləşən xarici siyasəti bir çox ölkələrlə olduğu kimi, Azərbaycanla da münasibətləri gərginləşdirib:

“Bu təyyarənin vurulması və sonradan Rusiya mediasında Azərbaycan haqqında yayılan qərəzli məlumatlar, ittihamlar – bütün bunlar eyni prosesin tərkib hissəsidir. Artıq Rusiya-Azərbaycan münasibətləri əvvəlki kimi olmayacaq. Azərbaycan indi Rusiyaya əsas müttəfiq kimi deyil, müttəfiqlərdən biri kimi baxır. Azərbaycan bu gün regional güc kimi beynəlxalq arenada özünü təsdiqləyib. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də beynəlxalq münasibətlər baxımından regionun əsas aktorlarından biridir. Cənubi Qafqaz, Mərkəzi Asiya, Çin və Avropa istiqamətini əhatə edən geniş coğrafiyada Azərbaycan artıq regional güc kimi tanınır”.

Politoloq bildirdi ki, hadisədən sonra Rusiya dəfələrlə Azərbaycanla münasibətləri normallaşdırmağa cəhd göstərib:

“Bu təşəbbüslər Rusiyadan gəlib, Azərbaycandan yox. Məsələn, Rusiya 9 May Qələbə Gününə Azərbaycan Prezidentini dəvət etmişdi, lakin o, bu dəvəti qəbul etmədi. Bu da göstərir ki, artıq şərtləri diktə edən tərəf Azərbaycandır”.

Ekspert həmçinin vurğuladı ki, Şanxay Əməkdaşlıq Təşkilatının Pekində keçirilən sammiti zamanı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və mətbuat katibi Dmitri Peskov Azərbaycanla görüş məsələsinə konkret cavab verməyiblər:

“Bu da onu göstərir ki, Rusiya tərəfi münasibətləri bərpa etmək təşəbbüsü ilə çıxış edir. Düşənbədə keçirilən MDB sammitində Azərbaycan və Rusiya prezidentlərinin görüşü bu baxımdan xüsusi əhəmiyyət daşıyır”.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Oktyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri