Icma.az
close
up
RU
İran və Ermənistan arasında GƏRGİNLİK Nələr olacaq?

İran və Ermənistan arasında GƏRGİNLİK Nələr olacaq?

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Amerikada ümidləri puç olan Paşinyan Tehrana yaltaqlanmağa başladı; “Ermənistanın İranı satmaq ehtimalı kifayət qədər yüksəkdir”

“Ermənistan İranın maraqlarına qarşı həssasdır və İran İslam Respublikası da bizim maraqlarımıza həssasdır”. “Azpolitika.info” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İranın dövlət televiziyasına müsahibəsində deyib.

Jurnalistin “kənar düşmənlərdən İran-Ermənistan münasibətlərini necə qorumaq olar” sualına Paşinyan cavabında deyib ki, “biz münasibətlərin təbii maraqlara əsaslanmasına diqqət yetirməliyik”.

“Qeyd etdiyiniz kimi, mənfi təsir göstərən amillər var, bu amillər heç kimə sirr deyil, o cümlədən İranla bizim də əlaqələrimiz olan bir sıra Qərb ölkələri arasında mürəkkəb münasibətlər var. Biz İranın bu həssas maraqlarını nəzərə almağa və proseslərimizdə ziddiyyət yaratmamağa çalışırıq”, - o əlavə edib.

Baş nazir Paşinyan hökumətinin qərbyönümlü kimi xarakterizə edilib-edilməməsi və bunun Tehranla münasibətlərə təsir edib-etməməsi ilə bağlı suala cavabında bildirib ki, rəsmi İrəvan hər hansı qərəzlilik təzahürünü istisna edən balanslaşdırılmış xarici siyasət yürüdür.

“İranla əlaqələrimiz çox vacibdir və biz İslam dünyası ilə münasibətlərimizin bundan sonra da dərinləşməsini istəyirik”, - deyən Paşinyan digər münasibətlərdə İran üçün heç bir təhlükə olmadığını bəyan edib.

İranlı jurnalistin “Əgər Qərb dövlətləri İranı təhdid etsələr, Ermənistan hakimiyyətinin hərəkətləri necə olacaq” sualına baş nazir belə cavab verib: “Biz demişik ki, Ermənistan İrana qarşı heç bir aksiyada iştirak etməyəcək”.

Yada salaq ki, İran və Ermənistan arasında dövlət sərhədinin Araz çayı boyunca uzunluğu 35 km-dir. Bu həm Ermənistan, həm də İran üçün ən qısa dövlət sərhədidir. Paşinyanın ikibaşlı vədinə baxmayaraq, yada salaq ki, ABŞ mediasında belə bir iddia yayılmışdı ki, Pentaqon rəsmisi İranın Ermənistan üzərindən vurula biləcəyini demişdi. Hətta mənbə rəsmi Vaşinqtonun amerikalı hərbçilərin Qafan hava limanından istifadə etməsi üçün İrəvan hakimiyyəti ilə gizli danışıqlar apardığını da qeyd edirdi.

Onu da qeyd edək ki, Qərbin bir sıra hərbi kəşfiyyatları ilə yanaşı ABŞ-ın gömrük və sərhəd nəzarəti üzrə mütəxəssislərinin Ermənistana gələcəyi gözlənilirdi.

Azər Badamov

Milli Məclisin deputatı Azər Badamov Paşinyanın yenidən İrana yaltaqlanmasında bir incə məqam görür: “Baş nazir Nikol Paşinyanın İranın dövlət televiziyasına müsahibə verərək Ermənistan-İran münasibətlərinə dair qabaqcadan hazırlanmış suallara cavab verməsi şou xarakter daşıyır. Belə ki, Ermənistan Bayden administrasiyası ilə hərbi əməkdaşlıq haqqında saziş imzalayanda və yardımlar alanda İranla münasibətləri yaddan çıxartmışdı. İndi Tramp administrasiyası Ermənistanı ciddi qəbul etmədiyinə görə yenidən İrana yaltaqlıq etməyə və özləri üçün İranla münasibətlərin çox vacib olduğunu deməyə başlayıb. İran Ermənistana həmişə dəstək verib. Hətta torpaqlarımız işğal altında olduğu dövrdə də İran Ermənistanın yanında olub və dağıdılıb təhqir olunan İslam dininin müqəddəs yerləri ilə bağlı heç bir etirazını bildirməyib. İranla münasibətlərinə toxunan Paşinyan "biz təbii maraqların əsaslanmasına diqqət yetiririk və İranla münasibətlərimiz çox vacibdir" deyir. Paşinyanın bu açıqlamaları təbii ki, ikibaşlıdır. Çünki Paşinyanın apardığı qərbyönümlü siyasət İranın milli maraqlarına əksdir. Belə ki, bu gün Zəngəzurda müşahidə missiyası adı altında müşahidələr aparan NATO-nun kəşfiyyatçıları həm də İranın ərazisinə baxış keçirir və məlumatlar ötürür. Həm də Qərb İranda məqsədlərini həyata keçirməsi üçün Ermənistandan platsdarm kimi istifadə etməyi planlaşdırır. Belə ki, Bayden hakimiyyəti dövründə ABŞ-ın Ermənistanda hərbi baza yaratmaq istiqamətdə edilən hərəkətlər də bir növ İrana qarşı müharibəyə hazırlığın tərkib hissəsi idi. Hətta ABŞ mediasında Pentaqon rəsmisinin İranı Ermənistan üzərindən vura biləcəyi haqqında verdiyi açıqlaması da sıradan bir söz yığını deyildi. Yəni Paşinyan sözdə görüntü yaratmaq üçün İranla münasibətlərə çox əhəmiyyət verdiyini desə də, Qərbdən dəstək çoxalanda ölkəsində Qərbin maraqlarının həyata keçirilməsi üçün şərait yaradır. Təbii ki, İran dövləti Paşinyanın müsbət açıqlamalar verməsinə baxmayaraq Ermənistanın bu addımlarını izləyir və lazımi tədbirlərin görülməsi üçün hazırlıq görür. Bu baxımdan Ermənistanın İranla münasibətlərinin süni və saxta olduğunu deyə bilərik. Saxta münasibətlər isə gec-tez ifşa olunur".

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov hər iki qonşu ölkənin yaxın münasibətlərində ortaq bir türk düşmənçiliyi görür: “Ermənistan İran üçün regionda bir nömrəli müttəfiqdir və bu müttəfiqlik rəsmi Tehranın maraqlarına cavab verir. Çünki İran-Ermənistan münasibətlərinin ana xəttində ortaq türk düşmənçiliyi dayanır. Biz Birinci Qarabağ savaşı dövründə İranın aktiv şəkildə Ermənistana dəstəyini də, atəşkəs dövründə blokadaya alınmış Ermənistan üçün necə xilas yolu oynadığını da, İkinci Qarabağ savaşında ayrı-ayrı ölkələrdən gələn silah və texnikanın məhz İran ərazisindən Ermənistana ötürülməsini də, Araz çayı istiqamətində ordumuzun irəliləməsinə maneə törətdiklərini də görmüşük. Hətta müharibədən sonra belə separatçı rejimi lazımi məhsullarla məhz İranın təchiz etdiyi də danılmaz faktdır. Müsəlman Azərbayana qarşı Ermənistanın dəstəklənməsi, məscidlərimizi, dini məbədlərimizi dağıdan, uşaq, qadın, yaşlı demədən insanlarımızı qətlə yetirən bir terrorçu dövləti müdafiə etməsi İranın əslində niyyətinin nə olduğunu bütün çılpaqlığı ilə ortaya qoyur.

Zamanında Azərbaycan-İsrail münasibətlərini əlində bayraq edib ölkəmiz əleyhinə hər gün bir bəyanatla çıxış edən İran indi düşmən adlandırdığı ayrı-ayrı ölkələrin kəşfiyyat qurumlarının Avropa İttifaqı müşahidə missiyası adı altında sərhədlərdə olmasına, Ermənistan-ABŞ hərbi təlimlərinə baxmayaraq Ermənistanla münasibətləri hər gün daha da inkişaf etdirir. Rəsmi Tehranın ABŞ-ın sərhəd xidmətinin Ermənistana gəlməsi gözlənilən bölüyü ilə bağlı da hər hansı etirazının olmayacağı ortadadır. Bundan bir neçə gün əvvəl Ermənistan XİN-in müavini ABŞ sərhəd bölüyünün gəlişinin gecikməsi ilə bağlı suala cavab verərkən bir çox məsələlərlə yanaşı, bunun İran tərəfi ilə də razılaşdırıldığını dedi. Yəni başqa sözlə, İran üçün Ermənistanın hansı düşərgədə olması, ərazisinə hansı ölkənin hərbi birliklərini gətirməsi elə də fərq etmir. Əsas olan ən vacib məsələdə ortaq mövqenin olmasıdır. Paşinyanın da dediyi kimi Ermənistan və İran üçün əsas olan münasibətlərin təbii maraqlara əsaslanmasına diqqət yetirməkdir. Bu təbii maraqların özündə nəyi ehtiva etdiyi də məlumdur. Bu maraqlar neçə əsrdir ki, dəyişməyib. Türk düşmənçiliyi, Azərbaycanın güclənməsinə qarşı ortaq fəaliyyət, Türk dünyasının birliyi qorxusu...

Odur ki, Ermənistanın Qərblə münasibətlərinin səviyyəsindən asılı olmayaraq bunun Tehran-İrəvan münasibətlərinə bir təsiri olmayacaq. Başqa sözlə desək İranın Ermənistana münasibətləri dəyişməyəcək. Amma Qərbin təzyiqi altında Ermənistanın İranı satmaq ehtimalı kifayət qədər yüksəkdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Mart 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri