Icma.az
close
up
RU
Tramp və Avropa İttifaqı arasında gərginlik Nələr GÖZLƏNİLİR?

Tramp və Avropa İttifaqı arasında gərginlik Nələr GÖZLƏNİLİR?

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqına nifrətini, qəzəbini gizlətmir. Trampın fikrincə, Avropa İttifaqı ABŞ-yə zərər vurmaq üçün yaradılıb.

Donald Tramp hakimiyyətə gəldikdən sonra bir çox radikal qərarlar verir və addımlar atır. Onun bu çıxışları bütün dünya rəsmiləri arasında ciddi təşviş doğurur və eyni zamanda mübahisələrə səbəb olur. Belə ki prezidentin növbəti hədəfi  Avropa Birliyidir. ABŞ və Aİ arasında yaranan gərgin vəziyyətin perspektivdə hansı istiqamətdə irəliləyəcəyi qərəzli mövzu kimi qalmağa davam edir.

ABŞ prezidentinin Avropa haqqında belə düşünməyinin səbəbi nədir və Tramp bu addımla nəyə nail olmaq istəyir?

Bununla bağlı politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlama verib.

Onun sözlərinə görə, Avropa Birliyi Trampın əsas hədəflərindən biridir:

“O hesab edir ki, Aİ öz təhlükəsizliyini və problemlərini ABŞ büdcəsinin hesabına həll edir. Trampın əvvəlki bəyanatlarında da vurğuladığı kimi, Avropa ölkələri təhlükəsizlik məsələlərini özləri düşünməlidirlər. Artıq ABŞ Avropa Birliyi ölkələrinin müdafiəsi üçün maliyyə vəsaiti ayırmaq niyyətində deyil. Buna görə də Tramp Avropa dövlətlərinə tövsiyə edir ki, ən qısa zamanda hərbi xərclərini artırsınlar və təhlükəsizlik problemlərini müstəqil şəkildə həll etsinlər. Tramp Avropaya maliyyə ayırmaq istəmir, əksinə, ondan faydalanmaq niyyətindədir. O, Avropa Birliyindən tələb edir ki, enerji ehtiyaclarını ABŞ hesabına ödəsin, yəni enerji resurslarını məhz ABŞ-dən idxal etsinlər. Digər tərəfdən, ABŞ-nin strateji əhəmiyyət verdiyi sahələr üzrə iqtisadi əməkdaşlıq genişləndirilməlidir. Əks halda, bu tələblər yerinə yetirilməzsə, Tramp Avropa Birliyini müxtəlif iqtisadi məhdudiyyətlər, sanksiyalar və gömrük rüsumlarının artırılması ilə təhdid edir”.

Politoloq vurğulayıb ki, Tramp bir tərəfdən, ABŞ-nin Avropa Birliyi üçün maliyyə xərcləməsinin qarşısını almağa çalışır, digər tərəfdən isə Aİ-nin ticarət dövriyyəsini tamamilə ABŞ-dən asılı vəziyyətə salmaq istəyir:

“O, Avropa bazarının ABŞ iqtisadiyyatına daha çox yönəlməsini təmin etməyə çalışır. Bunun əsas səbəblərindən biri odur ki, Çin Avropa Birliyinin əsas ticarət tərəfdaşlarından biridir və ABŞ Çini özünün əsas rəqiblərindən biri hesab edir. Buna görə də ABŞ çalışır ki, Aİ və Çin arasındakı iqtisadi əlaqələri zəiflətsin və nəticədə Çinin xarici ticarət gəlirləri minimuma enərək iqtisadi geriləmə mərhələsinə daxil olsun. Trampın Avropa Birliyi ilə bağlı planları çoxşaxəli xarakter daşıyır. Bir tərəfdən, o, Aİ-ni ABŞ-dən asılı vəziyyətə salmaq və təsirsiz bir quruma çevirmək istəyir, digər tərəfdən isə Avropanın maliyyə axınlarını birbaşa ABŞ-yə yönəltmək niyyətindədir”.

E.Xalidbəyli bildirib ki, ABŞ üçün Avropa Birliyi iqtisadi baxımdan ciddi rəqib hesab olunur və düşünülür ki, Aİ ya tamamilə sıradan çıxarılarsa, ya da maksimum dərəcədə zəiflədilərsə, ABŞ-nin qlobal yüksəlişi daha sürətli olacaq:

“Bütün bunlar yalnız Trampın Aİ-ni hədəf seçməsinin bir hissəsidir. Daha dərin qatlarda isə daha ciddi geosiyasi və strateji məqsədlərin olduğu şübhəsizdir. Dünyada təkbaşına hegemonluq etmək istəyən ABŞ üçün Avropa Birliyi tərəfdaşdan daha çox rəqib rolunu oynayır. İndiyədək ABŞ Aİ-ni bir çox məsələdə dəstəkləyib, lakin indi qlobal miqyasda ABŞ və Aİ getdikcə rəqibə çevrilirlər. Bu rəqabətdə Avropa Birliyinin nə qədər davam gətirəcəyi isə açıq sual olaraq qalır. Yəqin ki, yaxın gələcəkdə Trampın atacağı addımlar ABŞ-nin Avropa Birliyi ilə bağlı planlarını və hədəflərini daha dəqiq şəkildə görməyə imkan verəcək”.

Fidan Hacızadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:318
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Mart 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri