Icma.az
close
up
RU
İran və Ermənistana göstərmək istəyirik ki... DEPUTAT

İran və Ermənistana göstərmək istəyirik ki... DEPUTAT

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Araz yolunun açılması qorxulu məsələ deyil


Azərbaycan ilə İran arasındakı münasibətlər tarix və mədəniyyətin yaratdığı güclü əsaslarla bərqərar olub. Hər iki ölkənin ərazisində eramızdan əvvəl mövcud olan dövlətçilik tarixi göstərir ki, qonşu dövlətlərin diplomatik münasibətləri həm də geosiyasi, iqtisadi və təhlükəsizlik məsələləri ilə əlaqəlidir. Bu gün İran əhalisinin 30 milyondan çox hissəsini Azərbaycan türkləri təşkil edir. Qardaş xalqların ortaq dil, mədəniyyət, dəyərlər sisteminin mövcudluğu hər iki dövlət arasında balanslı siyasəti, siyasi, iqtisadi, eyni zamanda, mədəni əlaqələrin və əməkdaşlığın inkişafını zəruri edir. Cənubi Qafqazdakı geosiyasi və regional güc balansındakı dəyişikliklər Azərbaycanla İran arasındakı münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. 2025-ci ilin aprelində İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşləri bu yeni dövrün təməlini atan mühüm amil oldu. Heç şübhəsiz, bu görüş yeni dövrün diplomatik istiqamətlərini və regional güc balansını təyin etməklə Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldıracaq. İki ölkənin gələcəkdəki əməkdaşlığı yalnız öz aralarındakı əlaqələri deyil, həm də Cənubi Qafqazın və Şərqi Avrasiyanın geosiyasi mənzərəsini formalaşdıracaq. İki ölkə arasında iqtisadi və infrastruktur sahələrindəki əməkdaşlıq son illər böyük əhəmiyyət kəsb etməkdədir. Zəngəzur dəhlizi bu əməkdaşlığın mərkəzində dayanır. Bu nəqliyyat dəhlizi yalnız Azərbaycanın nəqliyyat sektorunu inkişaf etdirmək üçün deyil, həm də İranın iqtisadi maraqları baxımından strateji əhəmiyyət daşıyır. Eyni zamanda, bu layihə Azərbaycanın regional iqtisadi inteqrasiyasını və ticarət əlaqələrinin genişlənməsini təmin edəcək. Zəngəzur dəhlizinin açılması, həmçinin enerji sahəsindəki əməkdaşlığı gücləndirə bilər. Azərbaycanın və İranın enerji ehtiyatları bir-birini tamamlayır. Bu sahədə əməkdaşlıq hər iki ölkənin enerji sahəsindəki mövqeyini gücləndirər. Azərbaycan və İran, həmçinin bölgədəki təhlükəsizlik məsələlərində də əməkdaşlıq edir. Xüsusilə radikalizmə və terrorizmə qarşı mübarizə, sərhəd təhlükəsizliyi və narkotik qaçaqmalçılığı ilə mübarizə kimi məsələlərdə iki ölkə arasında güclü əməkdaşlıq mövcuddur. Həmçinin iki qonşu ölkə Avrasiyada, o cümlədən Mərkəzi Asiyada sabitliyin təmin olunması üçün birgə hərəkət edir. İranın Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionundakı digər oyunçularla, xüsusilə Rusiya və Türkiyə ilə olan münasibətləri də mühüm əhəmiyyət kəsb edir. 


Millət vəkili Rizvan Nəbiyev "Sherg.az"a açıqlamasında deyib ki, siyasi liderlərin dialoqa təşviqini və cənab Məsud Pezeşkianın azərbaycanlı olması kimi bir sıra faktorları nəzərə alsaq, İran prezidentinin Azərbaycana gəlişi tarixi əhəmiyyət kəsb edən səfər idi. Deputat vurğulayıb ki, bu önəmi verilən bəyanatların mahiyyəti də göstərir: 


"Pezeşkianın səfəri və verilən bəyanatlar tərəflər arasındakı etimadda yaranmış çatların aradan qaldırılması istiqamətində böyük addımdır. Müşkül məsələlərin müzakirəsi istiqamətində vacib bir platformadır. Əvvəlki proseslərə, səfərlərin mübadiləsinə də nəzər salmaq vacibdir. Hələ bu ilin fevral ayında Prezident İlham Əliyevin köməkçisi, hörmətli Hikmət Hacıyevin Tehrana səfəri oldu. H.Hacıyev İranda Prezident M.Pezeşkianla, xarici işlər naziri və siyasi istiblişmentin digər nümayəndələri ilə görüşlər keçirdi. Ondan bir müddət sonra İrandan Bakıya yüksək səviyyəli heyət gəldi. Məsud Pezeşkianın səfər gündəliyi, problemli məsələlərin müzakirəsi və həlli məhz əvvəlki səfərlər mübadiləsində hazırlanıb. Daha sonra bu gündəlik yüksək səviyyəli müzakirə üçün ötürülüb. Təhlükəsizlik, dəhlizlər, mədəni və siyasi münasibətlər, humanitar məsələlər, qonşuluq əlaqələri və digər bütün spektrlər üzrə müzakirələr aparılıb. Səfərdən öncə M.Pezeşkian AzTV-yə müsahibəsində vurğulamışdı ki, Azərbaycan və İran liderləri arasında müzakirələrdə, əməkdaşlıqda hansısa məhdudiyyət yoxdur. Məhdudiyyətin olmaması ciddi və mühüm ifadədir. Bu, perspektivə doğru müəyyən siqnallar verir. Hər iki lider vurğuladı ki, sahəvi nazirlərə göstərişlər verilib. Növbəti ali səfərə qədər tapşırıqların verildiyi istiqamətlərdə işlər davam etdiriləcək. Ona görə də səfər tarixi əhəmiyyət daşıyır".


Parlament üzvü vurğulayıb ki, Azərbaycan torpaqları işğal altında olarkən, xüsusən qonşularla münasibətdə işğal faktoru əlaqələr üçün bir yük idi: 

"Qonşular, yaxud uzaq regionlarda yerləşən dövlətlər ərazi bütövlüyü ilə bağlı dəstək ifadə etsələr də, Ermənistana yönəlik bəyanlar da işlədirdilər. Bu gün həmin yük aradan qalxıb. Azərbaycan bölgədə yeni siyasi reallıq yaradıb. Bu da əməkdaşlıq üçün özündə yeni imkanları ehtiva edir.  İnkişafın əsas faktorlarından biri dəhlizlərin, nəqliyyat imkanlarının yaranması, genişlənməsidir. Bu da Şimal-Cənub Dəhlizi ilə bağlıdır. Cənab Prezident də məhz bunu vurğuladı. Pezeşkianın bəyanatında da bu məsələ əksini tapdı. Söhbət yükdaşımaları üçün dəhlizdən, yəni Hindistandan, Mumbay adlı ərazidən Sankt-Peterburqa, Baltik dənizinədək 7 min 200 kilometrlik məsafədən gedir. Onun 170-173 kilometirlik hissəsi Rəşt-Astara dəmiryolu ilə bağlıdır. Bu məsələnin 2018-ci ildən bəri uzadılması, Şimal-Cənub Dəhlizinin işə düşməsinə mane olur. Hesab edirəm ki, bu görüşdən sonra həmin istiqamətdə ciddi addımlar atılacaq. Bəyanatlardan və bundan əvvəl görülən işlərdən həmin qənaətə gəlmək mümkündür. Bu dəhlizin işə düşməsi ilə iki ölkə arasında əməkdaşlığın ticarət və digər sahələrdə intensivləşməsi üçün böyük töhfə ola bilər. Mumbaydan Baltik dənizinədək yüklərin daşınması hazırda 60 gün vaxt aparır. Rəşt-Astara dəmiryol xəttinin yük götürmə qabiliyyəti avtomobil qədər deyil. Yəni dəmiryolunun istifadəyə verilməsi ilə Rusiyadan qatarların Bəndər-Abbasa qədər dəmiryol xətti ilə irəliləməsinə imkan yaradır. İndi rusların verdiyi kredit əsasında dəmiryol xəttini birləşdirmək istəyirlər". 


R.Nəbiyev əlavə edib ki, siyasi liderlər arasında dialoqun davam etdirilməsi, XİN başçılarının görüşü, hökumətin digər nümayəndələrinin təmasları müxtəlif mövzuların müzakirəsi üçün əhəmiyyətli formatlardır: 

"Bir də çoxtərəfli formatlar var. Məsələn, İran-Azərbaycan-Türkiyə, İran-Azərbaycan-Gürcüstan, İran-Azərbaycan-Rusiya və s. formatlar mövcuddur. Münasibətlərin daha çox institutlaşdırılması aradakı problemlərin aradan qalxmasına təsir göstərə bilər. Azərbaycanın üçüncü dövlətlərlə münasibətlərinin bəzən İranda anlaşılmaz səbəblərdən qəbul olunmamasıdır. Ona görə də bu gün yaradılan etimadın gücləndirilməsi yönündə səylər davamlı olmalıdır. Azərbaycanın ABŞ və İsrail ilə, Avropa ilə münasibətləri Tehranda təşvişə, yanlış reaksiyaya səbəb olmamalıdır. Üçlü, dördlü formatların olması məhz həmin narahatedici məqamların müzakirəsinə imkan yaradır".


Millət vəkili Zəngəzur dəhlizi məsələsinə də münasibət bildirib: 

"İran və Azərbaycan arasında Ağbənd-Kəlalə avtomobil yolu körpüsü ilə işlər davam etdirilir. Yaxın dönəmdə hazırlıq işləri tamamlanacaq və yol istifadəyə veriləcək. Amma alternativ yollar bizi Zəngəzur dəhlizindən yayındıra bilməz. Sadəcə olaraq İran və Ermənistana göstərmək istəyirik ki, Araz yolunun açılması qorxulu məsələ deyil. Azərbaycan İran ərazisi vasitəsi ilə Naxçıvana keçir. Amma 44 km.lik Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın strateji layihəsi olaraq qalır. Türkiyə və digər dövlətlər də Azərbaycanın yanındadır. Bu dəhliz Şərq-Qərb Dəhlizinin vacib seqmentlərindən biridir". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 May 2025 07:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see172

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see120

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri