Icma.az
close
up
RU
Akademik Mikayıl Useynovun 120 illik yubileyi münasibətilə biblioqrafiyası nəşr olunub

Akademik Mikayıl Useynovun 120 illik yubileyi münasibətilə biblioqrafiyası nəşr olunub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası və “Elm” nəşriyyatı tərəfindən “Görkəmli elm xadimləri” rubrikasında görkəmli memar, AMEA-nın həmtəsisçilərindən və ilk akademiklərindən biri Mikayıl Useynovun biblioqrafiyası nəşr edilib. Biblioqrafiya Akademik Mikayıl Useynovun 120 illik yubileyi münasibətilə hazırlanıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, biblioqrafiyanın elmi redaktoru Milli Məclis sədrinin müavini, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovdur. Nəşrin elmi məsləhətçi və ön sözün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir.

Kitabda Prezident İlham Əliyevin akademik Mikayıl Useynovun 110 illik yubileyinin keçirilməsi haqqında 2015-ci il 1 iyun tarixli Sərəncamının və Mikayıl Useynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında 2022-ci il 8 oktyabr tarixli Sərəncamının mətnləri təqdim olunub.

Biblioqrafik göstərici Akademik Mikayıl Useynovun həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini əks etdirir.

“Həyatı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin əsas tarixləri” bölməsi və akademik haqqında oçerk 614 mənbədən ibarətdir.

Biblioqrafiyada akademik Rafael Hüseynovun “Həmişə bizimlə” essesi, Xalq Rəssamı, akademik Ömər Eldarov, Memarlar İttifaqının sədri, Əməkdar memar Elbəy Qasımzadə, Xalq yazıçısı Elmira Axundova, Xalq yazıçısı Çingiz Abdullayev, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova, Əməkdar memarlar Rəna Əfəndizadə, Rayihə Əmənzadə, Rəhibə Əliyeva, “Memar” jurnalının redaktoru Salim Şövkət, jurnalist Zöhrə Fərəcovanın, həmçinin alimin ailə üzvləri Səidə Useynova və Tubuxanım Qasımzadənin məqalələri oxucuların diqqətinə təqdim edilir.

“Əsərlərinin biblioqrafiyası” bölməsində M.Useynovun müəllifi və tərtibçisi olduğu kitabların, həmçinin Azərbaycanda və xaricdə nəşr olunmuş elmi və elmi-kütləvi məqalələrinin biblioqrafik təsvirləri verilməklə yanaşı, redaktoru, rəyçisi və elmi məsləhətçisi olduğu əsərlər də öz əksini tapıb.

“Həyat və yaradıcılığı” bölməsində müvafiq məqalələr yer alıb.

İndeksə daxil edilmiş biblioqrafik yazılar əlifba sırası ilə dil üzrə, xronoloji ardıcıllıqla və vahid ardıcıl nömrələmə sistemindən istifadə etməklə təqdim olunub.

Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə akademik M.Useynovun və həmmüəlliflərin əsərlərinin əlifba sırası ilə göstəricisini özündə əks etdirən köməkçi vasitə hazırlanıb.

Nəşr memarlıq sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri və geniş ictimaiyyət üçün nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri