Icma.az
close
up
RU
İran və Rusiya gizli danışıqlar aparır Detallar AÇIQLANDI

İran və Rusiya gizli danışıqlar aparır Detallar AÇIQLANDI

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran və Rusiya hərbi əməkdaşlığın genişləndirilməsi və Tehranın nüvə proqramının dəstəklənməsinə dair gizli danışıqlar aparır.

Lent.az bildirir ki, bu barədə “The Times” Qərb kəşfiyyatının məlumatlarına istinadən yazır.

Danışıqlarda əsas rolu İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Laricani oynayır. İran parlamentinin keçmiş spikeri və nüvə məsələləri üzrə danışıqlarda təcrübəli olan Laricani yüksək rütbəli Rusiya rəsmiləri ilə görüşmək üçün müntəzəm olaraq Moskvaya uçur.

Laricani “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsindən sonra İranyönlü qüvvələri gücləndirmək məqsədilə Dəməşq və Beyruta da səfər edib. Onun Rusiyaya səfərləri ölkələr arasında artan strateji əlaqələrin sübutudur. Mənbələr bildiriblər ki, İranın pilotsuz təyyarələri və raketlərinə arxalanan Moskva İranın nüvə proqramı ilə bağlı mövqeyinə yenidən baxa bilər.

İran mütəxəssislərin hazırlanmasında, məhv edilmiş S-300 hava hücumundan müdafiə sistemlərinin bərpasında, Su-35 qırıcılarının tədarükündə və “Hizbullah”ın silahla gücləndirilməsində Rusiyanın dəstəyinə ümid edir. 

Ekspertlərin hesablamalarına görə, İrana nüvə ballistik raketi yaratmaq üçün bir neçə aydan bir ilə qədər vaxt lazımdır. Buna nail olmaq üçün uranın zənginləşdirilməsini 90 faizə çatdırmaq lazımdır, halbuki indiki səviyyə 60 faizdir.

Yanvarda Kreml Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian arasında strateji tərəfdaşlıq sazişi imzalayacağını təsdiqləyib. Yanvarın 17-də keçiriləcək rəsmi səfər zamanı tərəflər ticarət, investisiya, nəqliyyat və humanitar məsələləri, regional və beynəlxalq problemləri müzakirə edəcəklər.

İranın nüvə ambisiyaları ABŞ-ın diqqətini çəkir. “Wall Street Journal” daha əvvəl yazmışdı ki, Donald Trump komandası silah istehsalının qarşısını almaq üçün Tehranın nüvə obyektlərinə hava hücumlarını nəzərdən keçirir. Belə bir addım sanksiyalar və diplomatik təzyiq siyasətindən köklü şəkildə uzaqlaşma ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Yanvar 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri