Icma.az
close
up
RU
Ukrayna və Rusiya İstanbulda hansı məsələləri müzakirə edəcəklər? DETALLAR AÇIQLANDI

Ukrayna və Rusiya İstanbulda hansı məsələləri müzakirə edəcəklər? DETALLAR AÇIQLANDI

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna və Rusiya nümayəndələrinin İstanbulda keçirəcəyi görüş yalnız ABŞ administrasiyası tərəfindən təklif olunmuş şərtsiz 30 günlük atəşkəsin həyata keçirilməsi və nəzarəti ilə bağlı olacaq.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "The Wall Street Journal" (WSJ) nəşri yayıb.
Nəşr qeyd edir ki, görüşün məqsədi daha geniş sülh sazişindən çox, mövcud münaqişədə müvəqqəti pauza yaratmaq və bunun texniki icrasını razılaşdırmaqdır. Danışıqlarda iştirak etmək üçün yüksək vəzifəli ABŞ rəsmilərinin də İstanbula yola düşdüyü bildirilir. Ancaq onların kiminlə və nə vaxt görüşəcəyi hələlik məlum deyil.
Sülh sazişi hələ uzaq perspektivdir
WSJ yazır ki, Ukrayna və Rusiya arasında sülh sazişinə dair danışıqların perspektivi hələlik uzaq görünür, çünki hər iki tərəf öz son məqsədlərindən imtina etmədən danışıqlarda iştirak etməyə çalışır.
Qəzetin məlumatına görə, Vladimir Putin hələ də faktiki olaraq Ukraynanın kapitulyasiyasını tələb edir. Halbuki, Rusiya ordusu son iki ildə yalnız Ukraynanın 1 faizindən az ərazini işğal edə bilib və bu zaman böyük canlı qüvvə və texnika itkisinə məruz qalıb.
2022-ci ildəki İstanbul danışıqlarına qısa baxış
WSJ xatırladır ki, ilk dəfə İstanbulda 2022-ci ildə keçirilən danışıqlar zamanı Ukraynanın neytrallaşdırılması nəzərdə tutulan bir layihə sənədi hazırlanmışdı. Bu sənəd xarici hərbi yardımların qadağan olunması, Ukrayna ordusunun sayının kəskin azaldılması və ölkənin suverenliyini məhdudlaşdıran digər bəndləri özündə ehtiva edirdi.
Lakin Prezident Zelenski bu sənədi qəbul etmədi. WSJ ehtimal edir ki, Rusiya bu danışıqlarda yenidən həmin şərtləri irəli sürə bilər, amma Kiyev və Avropa müttəfiqləri bu şərtləri rədd edəcəklər.
Tərəflərin nümayəndə heyəti kimlərdən ibarətdir?
Ukrayna tərəfinin nümayəndə heyəti:
Prezident Aparatının rəhbəri Andrey Yermak
Müdafiə naziri Rustem Umerov
Prezidentin diplomatik müşaviri İqor Jovkva
Xarici işlər naziri Andrey Sibiga
Rusiya tərəfinin nümayəndə heyəti:
Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski (nümayəndə heyətinin rəhbəri)
Xarici işlər nazirinin müavini Mixail Qaluzin
Müdafiə nazirinin müavini Aleksandr Fomin
Rusiya Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov
Tramp danışıqlarda iştirak etməyəcək
Bununla yanaşı, ABŞ rəsmiləri prezident Donald Trampın bu danışıqlarda şəxsən iştirak etməyəcəyini bildiriblər. Onun bu qərarı, Putinin işğalı dayandırmaq istəməməsi qarşısında Trampın getdikcə daha çox narazılıq keçirməsi, amma eyni zamanda Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə maraqlı olmaması ilə izah olunur.
Beləliklə, 15 may 2025-ci il tarixində İstanbulda başlanacaq görüşlər əsasən müvəqqəti atəşkəs mexanizmlərinin işlənib hazırlanmasına və icra mexanizmlərinin müəyyənləşdirilməsinə həsr olunacaq. Sülh sazişinə aparan yol isə hələlik dumanlı görünür./Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 May 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri