İran və Rusiya qaz tədarükü ilə bağlı müqavilə hazırlayıblar
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya qazının İrana tədarükü ilə bağlı müqavilə artıq hazırlanıb, qiymət məsələsində razılaşmaq lazımdır.
Oxu.Az TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə bildirib.
"Bizim işləməli olduğumuz digər məsələ qazın tədarükü ilə bağlı saziş idi. Müqavilə hazırlanıb. İmzalanmaq üçün yalnız qiymət məsələsi qalıb. Bu, daha çox işlənilməsi lazım olan məsələlərdən biridir", - o bildirib.
Əhmədian həmçinin xatırladıb ki, Rusiya və İran ölkələr arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya ediblər.
"Bu sazişin hazırlanması və onun uğurlu ratifikasiyası tərəflərimiz arasında hərtərəfli səylərin nəticəsidir", - İran Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 28 May 2025 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















