İran və Rusiya Xəzər dənizi ilə bağlı mühüm görüş keçiriblər
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, bu barədə İranın "Nehr" xəbər agetliyi məlumat verib.
Bildirilir ki, strateji və regional əməkdaşlığın gücləndirilməsi çərçivəsində cümə axşamı günü Moskvada Rusiya Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə Tehran müqaviləsi çərçivəsində Xəzər dənizi məsələləri və ətraf mühitin mühafizəsi üzrə İran və Rusiya arasında ikitərəfli məsləhətləşmə görüşü keçirilib.
İran nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Xəzər dənizi katibliyinin rəhbəri, Rusiya tərəfinə isə Rusiya Xarici İşlər nazirinin İqlim Dəyişikliyi üzrə xüsusi nümayəndəsi Kononunçenko rəhbərlik edib. Görüşdə İranın yeddinci Üzv Dövlətlər Konfransına ev sahibliyi etməsi, Tehran müqaviləsi üçün regionda katibliyin yaradılması, Xəzər dənizi ətraf mühitinin qorunmasında Xəzəryanı dövlətlərin ortaq məsuliyyəti və kollektiv səyləri, Xəzər dənizində çirklənmə ilə mübarizədə müqavilə protokollarının tətbiqi və Xəzər dənizinin suyun səviyyəsinin aşağı düşməsinin nəticələri və təsirləri ilə mübarizə planları müzakirə olunub.
Bizimyol.info
Baxış sayı:102
Bu xəbər 20 Fevral 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















