İran Xəzər dənizi ilə bağlı plan hazırlayır
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəzər dənizində suyun səviyyəsinin azalması mühüm problem kimi bir ildən çoxdur ki, regional görüşlərdə müzakirəyə çıxarılır.
Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatından bildirilib.
"Xəzər dənizinin su səviyyəsinin azalması mühüm problemlərdən biri kimi bir ildən artıqdır ki, regional görüşlərdə müzakirəyə çıxarılıb və üzv ölkələr bunun regional fəaliyyət planı çərçivəsində izlənilməsinin zəruriliyini vurğulayır", - məlumatda qeyd olunub.
Əlavə edilib ki, İranın regional fəaliyyət planının hazırlanması ilə bağlı təklifi Konvensiya Katibliyinə, üzv ölkələrə artıq təqdim olunub və bu məsələ hazırda texniki cəhətdən araşdırılır.
Qeyd edək ki, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasının (Tehran Konvensiyası) müvəqqəti katibliyi hazırda BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən Cenevrədə (İsveçrə) idarə olunur. 20–23 sentyabr 2026-cı il tarixlərində Tehranda Tərəflər Konfransının 7-ci sessiyası (COP7) çərçivəsində İran Konvensiyaya növbəti dövr üçün rotasiya qaydasında sədrlik funksiyasını öz üzərinə götürüb.
Konvensiyanın daimi katibliyinin yeri ilə bağlı sahilyanı ölkələr arasında (o cümlədən əvvəlki illərdə Bakı, yaxud Tehrana köçürülməsi barədə) müxtəlif təkliflər və müzakirələr aparılsa da, rəsmi olaraq müvəqqəti katiblik fəaliyyətini UNEP-in Cenevrə regional ofisində davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 21 Sentyabr 2026 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















